Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ


) Bud sınıqlarında neçə qatlı langet hazırlamaq lazımdır?



Yüklə 261,37 Kb.
səhifə178/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   174   175   176   177   178   179   180   181   ...   248
Umumi test suallari

723) Bud sınıqlarında neçə qatlı langet hazırlamaq lazımdır?

A) 1-2 qatlı


B) 6-8 qatlı
C) 10-12 qatlı
D) 3-4 qatlı
E) 2-3 qatlı
Düzgün cavb: 6-8 qatlı
Budun sınıqlarında 6-8 qatdan ibarət gipsli langet hazırlanır. Budun əzələləri güclü olduğu üçün nazik qatlı gips sarğısı qoyularsa sınıq qəlpələri yerini dəyişə bilər.

Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 259




724) Biksin universal yığımı necə olmalıdır?

A) Bir neçə əməliyyat a lazım olan sarğı materialları, əməliyyat ağları və iştirakçıların paltarları bir biksə yığılır


B) Sarğı otağına lazım olan bütün materiallar bir biksə yığılır
C) Əməliyyat ağları və iştirakçıların paltarları bir biksə yığılır
D) Bir əməliyyat üçün lazımolan satğı materiallrı,əməliyyat ağları və əməliyyatın iştirakçılarının paltarları bir biksə yığılır
E) Bir əməliyyatda lazım olan ancaq sarğı materialları bir biksə yığılır
Bir əməliyyat üçün lazımolan satğı materiallrı,əməliyyat ağları və əməliyyatın iştirakçılarının paltarları bir biksə yığılır.

Ədəbiyyat: М.С.Брукман «Руководство к практическим занятиям по хирургии». М:Медицина 1983. Səh. 32




725) Qanın uyğunlaşma sınağı planlı hemotransfuziya zamanı necə aparılır?

A) Donorun qanı üzərinə resipientin qanı tökülür


B) Donorun qanı üzərinə resipientin zərdabı tökülür
C) Donorun qan damarına resipientin qanı vurulur
D) Donorun və resipientin qan zərdabları qarışdırılır
E) Resipientin qan zərdabı ilə donorun qanı qarışdırılır
Resipientindən 2-3 ml qan götürülərək üzərinə 4%-li natrium-sitrat sentrafuqadan keçirilir. Alınan zərdabın üzərinə 2-3 damcı köçürüləcək qandan əlavə edilir və aqqlutinasiya reaksiyasının alınmasına nəzarət olunur

Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 314




726) Şüa yanıqları zamanı ilk tibbi yardım necə başlanılır?

A) Şüalanmış sahə aseptik sarğı ilə örtülür


B) Şüalanmış sahə çoxlu miqdarda soyuq su ilə yuyulur
C) Şüalanmış sahənin üzərinə məlhəm qoyulur
D) Zərərçəkənə ürək dərmanları verilir
E) Zərərçəkənə ağrıkəsici öreparat verilir
Dəri şüalandıqda qızarmış və qıcıqlanmış sahə çoxlu miqdarda su ilə yuyulur,sonra isə dozimetr ilə radiasiyanın dərəcəsi ölçülür.

Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 120





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin