735) Onurğa beyin anesteziyasından sonra xəstənin daşınması hansı vəziyyətdə olmalıdır?
A) Arxası üstə uzanmış və başı yana əyilmiş vəziyyətdə
B) Yeritməklə
C) Böyrüüstə uzanmış vəziyyətdə
D) Qarnı üstə uzanmışvəziyyətdə
E) Yarımoturaq vəziyyətdə
Onurğa beyni anesteziyası kiçik çanaqda və aşağı ətraflarda əməliyyatlar zamnı aparılır. Anesteziyadan sonra xəstədə arterial təzyiqin aşağı düşdüyünə görə xəstələr onurğa beyin anesteziyasından sonra dərhal uzandırılmalıdır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 62
736) Əməlyyat ağlarının steriliyinə ən dəqiq nəzarət üsulu hansıdır?
A) Fiziki üsulla nəzarət
B) Texniki nəzarət
C) Kimyəvi üsulla nəzarət
D) Bioloji müayinə üsulu
E) Bakterioloji nəzarət
Ən etibarlı və dəqiq üsul bakterioloji nəzarət üsuludur. Bu üsulda sterilizasiya olunmuş materiallardan nümunə götürülərək bakterioloji laboratoriyaya göndərilir və əkmə yolu ilə nəzarət aparılır
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 29
737) Sterilizasiyanın fiziki üsuluna hansı aiddir?
A) Formalik buxarı ilə təsir etmək
B) Antibiotiklərdən istifadə etmək
C) 70o-li etil spirtində saxlamaq
D) Avtoklavlaşdırma
E) 6%-li hidrogen-peroksid məhlulunda saxlamaq
Avtoklavlaşdırma zamanı yüksək temperatur və təzyiqlə (buxarla), yəni fiziki amillərlə sterilizasiya aparıldığına görə bu üsul sterilizasiyanın fiziki növünə aiddir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 30
738) Əməliyyat sahəsinin işlənməsində hansı antiseptik məhluldan istifadə olunur?
A) 10%-li natrium-xlorid
B) Kalium-permanqanat məhlulu
C) Hidrogen-peroksid
D) Yodonat
E) Pervomor
Əməliyyat sahəsinin işlənməsində halloid qrupuna aid kimyəvi aseptik maddə olan yodonatdan istifadə olunur.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 21
Dostları ilə paylaş: |