731) Döş qəfəsi yaralanmaları zamanı hansı hermetik sarğıdan istifadə edilir?
A) Bint
B) Ləçəkvari
C) Gips
D) Yapışqan plastrli
E) Okkuluzion
Döş qəfəsi yaralanmaları zamanı döş divarında plevra boşluğuna keçən dəlik olduqda hava döş divarı yarasından plevra boşluğuna daxil olur ki, bu da “pnevmotoraks” adlanır. Bu zaman həmin dəliyi qapamaq üçün hermerik sarğı lazım gəlir ki, bu sarğı okkuluzion sarğı adlanır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 197
732) Qış fəslində Esmarx turnasının saxlanma müddəti nə qədərdir?
A) 3 saat
B) 1-1,5 saat
C) 0,5 saat
D) 45 dəqiqə
E) 2 saat
Qış fəslində soyuğun təsirindən damarlar spazm yarandığı üçün turnadan aşağı hissədə toxumalarda qidalanma pozğunluğu daha tez baş verə bilər. Buna görə qış fəslində Esmarx turnası yaya nisbətən daha az müddət, 1-1,5 saat (yay fəslində 2 saat saxlanıla bilər).
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 77
733) Yerli anesteziyanın üstün cəhətləri hansılardır?
A) Tənəffüs orqanlarının fəaliyyətini artırır.
B) Uzunmüddətli əməliyyat önü hazırlıq lazım deyil
C) Hemodinamikaya nəzarəti asanlaşdırır.
D) Tənəffüs pozğunluqları zamanı istifadə oluna bilər.
E) Ürəyin fəaliyyətini artırır
Yerli anesteziya zamanı anesteziya edici maddə yerli olaraq əməliyyat aparılacaq sahəyə yeridilərək yalnız həmin sahə anesteziya olunduğu üçün uzun müddətli əməliyyat hazırlığı lazım gəlmir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 58
734) İnfiltrasion anesteziyada hansı preparatdan istifadə edilir?
A) Dikain 0,25%
B) Sofkain 1%
C) Novakain 0,5-0,25%
D) Novakain 2%
E) Lidokain 10%
Bu üsulla əməliyyat nahiyyəsində toxumalar qat-qat 0,5%-0,25% -li novakain məhlulu yeridilməsindən ibarətdir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 60
Dostları ilə paylaş: |