787) Yaranın yuyulmasında kalium permanqanatın neçə faizli məhlulundan istifadə olunur?
A) 2%
B) 5%
C) 0.02%.
D) 0.1%
E) 1%
Kalium permanqanat antiseptik maddə olub oksidləşdiricilər qrupuna aiddir.Bu preparat xaricə istifadə üçündür.Cərrahi praktikada 0.1%-li məhlulundan irinli yaraların yuyulmasında istifadə olunur.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.23
788) Palliativ əməliyyatın aparılmasında məqsəd nədir?
A) Xəstəni sağaltmaq
B) Xəstənin vəziyyətini yüngülləşdirmək
C) Diaqnozu dəqiqləşdirmək
D) Bir neçə orqanda əməliyyat aparmaq
E) Çoxmomentli əməliyatı başa çatdırmaq
Palliativ əməliyyat xəstənin vəziyyətini yüngülləşdirmək məqsədilə həyata keçirilir.Belə əməliyyatlar daha çox onkoloji xəstələrdə aparılır.Palliativ əməliyyat xəstənin ömrünü bir qədər uzadır,həyat fəaliyyətini yaxşılaşdırır.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.115
789) Xəstəni periferik venanın kateterizasiyasına hazırladıqda ona hansı vəziyyət verilməlidir?
A) Böyrü üstə
B) Ayaq üstə
C) Qarnı üstə, uzanmış
D) Arxası üstə, uzanmış
E) Oturaq
Xəstəni periferik venanın kateterizasiyasına hazırladıqda ona arxası üstə uzanmış vəziyyət verilir.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.203
790) Periferik vena üçün kateterin seçimində tibb işçisi nəyi nəzərə almır?
A) Yeridilən mayenin tərkibini
B) Venanın diametrini
C) Kateterin venada qalma müddətini
D) Xəstənin fizioloji vəziyyətini
E) Yeridilən mayenin sürətini
Periferik vena üçün kateter seçimində tibb işçisi xəstənin fizioloji vəziyyətini nəzərə almamalıdır. Venanın diametrini,yeridilən mayenin sürətini,yeridilən mayenin tərkibini və kateterin venada qalma müddətini ciddi nəzərə almalıdır.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.203
Dostları ilə paylaş: |