931) Əlaltı vasitələrdən istifadə etməklə zədələnmə ocağında hansı növ tibbi yardım göstərilir?
A) Təkmilləşmiş həkim yardımı
B) Xüsusiləşdirilmiş yardım
C) İlk yardım
D) İlk həkim yardımı
E) İxtisaslaşmış yardım
İlk tibbi yardım zədələnmə ocağında qanaxmanın və ağrının qarşısını almaq üçün aparılır.İlk tibbi yardım dəqiq və hərtərəfli düzgün aparılsa ölümün və ağırlaşmaların sayı azalar.
Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.73-76
932) Sudaboğulan şəxsə ilk tibbi yardım hansı ardıcıllıqla göstərilməlidir?
1. Sudan çıxarmaq və ağız boşluğundan yad cisimləri xaric etmək
2. Ağ ciyərlərin süni ventilyasiyası
3. Ürəyin qapalı massajı
4. Bədənin isidilməsi
5. Dərman müalicəsi
6. Ürəyin açıq massajı
A) 2, 3, 4
B) 1, 2, 3
C) 1, 5, 6
D) 4, 5, 6
E) 1, 4, 5
Sudan çıxarmaq və ağız böşluğundan yad cisimləri xaric etmək
Suda boğulan şəxsə yardım göstərilərkən əvvəcə tənəffüs yollarının keçiriciliyi bərpa edilir:Şəxs sudan çıxarlır,ağız boşluğundakı yad cismlər xaric edilir, süni tənəffüs verilir,ürəyin qapalı masajı həyata keçirilir.
Ədəbiyyat: Е.М.Чазов «Неотложные состояния и екстренная медицинская помощь» стр.465-466 Москва 1988
933) Hansı zəhərləyici maddələrlə zəhərlənmə zamanı dəridə “boz hipoksiya” əmələ gəlir?
A) Dəm qazı
B) Zorin
C) Ammonyak
D) Fosgen
E) Xlorpikrin
Fosgenlə ilk zəhərlənmə nəticəsində ürək-damar sisteminin fəaliyyəti zəifləyir və hipoksiya getdikcə artır,dərinin rəngi bozarır.
Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр 208-210
934) Dezaktivasiya nədir?
A) Gəmiricilərin zərərsizlədirilməsi
B) Mikrobların zərərsizləşdirilməsi
C) Radiaktiv maddələrin təmizləməsi
D) Zərərli maddələrin zərərsizləşdirilməsi
E) Antidotların yeridilməsi
Ədəbiyyat: Ф.И.Камаров «Военно-медицинская подготовка» Москва1989 стр 318-319
Dostları ilə paylaş: |