914) Əzilmələr zamanı ilk yardımda tətbiq edilmir?
A) Buz qovuğu qoymaq
B) Əzilmiş nahiyəni mexaniki qıcıqlardan qorumaq
C) Xəstəyə rahatlıq vermək
D) Qanaxmanı dayandırmaq
E) İsitqac qoymaq
Əzilmələr zamanı toxumaların xüsusiyyətlərinə uyğun yerli və ümümi əlamətlər meydana çıxır.İlk yardımın əsas məqsədi ağrını azaltmaq,qanaxmanı dayandırmaq xəstəyə rahatlıq vermək və.s ibarətdir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı-1997. Səh.(100)
915) Xəstə 1 litr qan itirdikdə A\T(arterial təzyiq) neçə mm.c.st aşağı düşür?
A) 30 mm c.st
B) 2 mm c.st
C) 6-7 mm c.st
D) 5 mm c.st
E) 10-15 mm c.st
Xəstə 1 litr qan itirdikdə A\T 10-15 mm c.st aşağı düşməklə,nəbz vurğularının sayı 1 dəqiqədə 100 vurğu olur.Dəri örtüyü avazıyır,xəstənin huşu aydın olur.
Ədəbiyyat:V.İ.Maslov.Kiçik cərrahlıq.Moskva-1988.Səh(51)
916) Neçə litr qan itkisi huşunu itirilməsinə ,kollapsa gətirib çıxarır?
A) 1.5 litr
B) 2 litr
C) 1 litr
D) 0.5 litr
E) 0.5-1 litr
Xəstə 2 litr və artıq qan itirdikdən kollaps vəziyyəti yaranır.Dəri soyuyaraq soyuq yapışqan tərlə örtülür.Nəbz sapvari olmaqla taxikardiya(1 dəqiqədə 150 vurğu) yaranaraq A\T 60-70 mm c.st enir.
Ədəbiyyat:V.İ.Maslov.Kiçik cərrahlıq.Moskva-1988.Səh(51)
917) Kəskin yerli cərrahi infeksiyaların(furunkul,karbunkul,hidradenit ) hansı fazasında novakain antibiotik blokadası tətbiq edilir?
A) Nekrotik
B) Qanqrenoz
C) İrinli-seroz
D) İnfiltrasiya
E) Seroz
Qısa müddətli novakain-antibiotik blokadası kəskin yerli cərrahi infeksiyalarda iltihab prosesinin qarşısını almaq məqsədilə infiltrasiya fazasında tətbiq edilir.
Ədəbiyyat:V.İ.Maslov.Kiçik cərrahlıq.Moskva-1988.Səh(43)
918) Tetanus əleyhinə zərdabın Bezredko üsulu ilə sınağından sonra yaranmış qızartı-papulanın ölçüsü nə qədər olduqda zərdab vurulur?
A) 0.6 sm-dən az
B) 0.4 sm
C) 0.5 sm-dən az
D) 0.7 sm az
E) 0.9 sm-dən çox
Bütün təsadüfi yaralanmalar zamanı tetanus əleyhinə zərdab vurulmalıdır.Zərdabın dərialtı sınağından sonra nəzərə çarpan qızartı və papulanın ölçüsü 0.9 sm-dən çox olarsa zərdabın vurulmasından imtina olunmalıdır.
Ədəbiyyat:V.İ.Maslov.Kiçik cərrahlıq.Moskva-1988.Səh(64)
Dostları ilə paylaş: |