909) Quduzluq əleyhinə vaksin bədənin hansı nahiyəsinə vurulur?
A) Bazunun yuxarı üçdə birinə
B) Sarğı nahiyəsinə
C) Dəri içinə
D) Dəri altına
E) Vena daxilinə
$$
Ədəbiyyat: Mövcud təlimata əsasən.
910) Güllə yaralarının neçə forması var?
A) 1
B) 4
C) 5
D) 3
E) 2
Güllə yaralarının 3 forması var.
1. Kor güllə yarası
2. Dəlib-keçən güllə yarası
3. Toxunan güllə yarası
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 125
911) Appendisit kliniki gedişinə görə neçə formada olur?
A) 1
B) 2
C) 3
D) 4
E) 5
Kəskin və xroniki formalara ayrılır. Hər iki formada müalicə cərrahi yollardır. Qarın boşluğunun destruktiv cərrahi xəstəlikləri arasında ən çox rast gəlinənidirr. Ölüm %-0,1-0,3%
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 218
912) Düz bağırsaq sallamasının neçə mərhələsi vardır?
A) 3
B) 2
C) 4
D) 6
E) 5
Düz bağırsaq sallamasının 4 mərhələsi vardır:
Birinci mərhələdə defekasiya zamanı bağırsaq xaricə çıxır və özüdə geri qayıdır. İkinci mərhələdə defekasiyadan sonra xəstə özü əli ilə bağırsağı yerinə salır. Üçüncü mərhələdə xəstə öskürdükcə, asqırdıqda bağırsaq sallanır.Dördüncü mərhələdə bağırsaq xaricə çıxır, geri qayıtmır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 228
913) Dəriyə qoyulan düyünlü tikişlər arasında olan məsafə neçə sm-dən çox olmamalıdır?
A) 0,5
B) 1
C) 2
D) 0,3
E) 3
Dəri düyünlü tikişlə tikilir. Dəri ilə dərialtı toxumalar arıq xəstələrdə bir yerdə, kök xəstələrdə isə ayrı tikilir. İynə yara kənarından 0,5-1sm məsafədə batılır. Dəriyə qoyulan tikişlər arasındakı məsafə 2sm-dən artıq olmamalıdır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 294
Dostları ilə paylaş: |