944) Bunlardan hansı boğucu təsirli zəhərli maddələrdir.
A) Gözyaşardıcı maddələr
B) Sulfat turşusu
C) Fosgen,difosgen
D) İprit, lüizit
E) Sinil turşusu
Fosgen,difosgen boğucu təsirli zəhərli maddələrdir.
Ədəbiyyat: Ф.И.Камаров «Военно-медицинская подготовка» Москва1989 стр 259
945) Kəskin şüa xəstəliyi zamanı ilk tibbi yardım necə aparılır?
A) Parenterol qidalanma
B) Polivitamin, dimedrol, antibiotiklərin tətbiqi
C) Zərərçəkəni zədələnmə ocağından çıxarmaq, hissəvi sanitar təmizləmə aparmaq, içməyə 1 tab etapirazin vermək, şüalanmanın qarşısını almaq üçün – sistamin (6 tab bir dəfəyə vermək)
D) Təzə sitralt,qan trambositlər, eritrositar kütlənin yeridilməsi
E) Qüvvətləndirici və medikamentoz terapiya
Digər növ yardımlar ilk həkim və xüsusiləşmiş yardım zamanı göstərilir.
Ədəbiyyat: Ф.И.Камаров «Военно-медицинская подготовка» Москва1989 стр 247
946) Kütləvi qırğın silahlarına nə aid deyil?
A) Kimyəvi silahların tətbiqi
B) Bakterioloji silahın tətbiqi
C) Əlbəyaxa döyüş
D) Terror məqsədi ilə törədilən partlayışlar.
E) Nüvə silahının tətbiqi
Ədəbiyyat: Ф.И.Камаров «Военно-медицинская подготовка» Москва1989 стр 95
947) Boğucu təsirli zəhərli maddə fosgenlə zəhərləndikdə bu əlamətlərdən hansı müşahidə olunmur?
A) Öskürək, boğulma
B) Ağızda xoşagəlməz dad
C) Hallüsinasiyalar
D) Mədə nahiyyəsində ağrılar və qusma
E) Gözlərin və tənəffüs yollarının qıcıqlanması
Hallüsinasiyalar psixokimyəvi zəhərli maddələrlə zəhərləndikdə baş verir.
Ədəbiyyat: Ф.И.Камаров «Военно-медицинская подготовка» Москва1989 стр 259
948) Ümumi təsirli, zəhərli maddələrlə zədələndikdə ilk tibbi yardım zamanı hansı tədbir aparılmır.
A) Zədələnmə ocağında çıxarılır.
B) Zədə alana əlehqaz geyindirilir
C) Süni tənəffüs verilir.
D) Antidot yeridilir
E) Antibiotiklər, dezensibilizəedici maddələr ,transfuzion terapiya
Antibiotiklər, desensibilizəedici preparatlar, transfizion terapiya ixtisaslaşdırılmış yardım zamanı ocaqdan kənarda, tibb müəssisəndə təyin olunur və aparılır.
Ədəbiyyat: Ф.И.Камаров «Военно-медицинская подготовка» Москва1989 стр 258
Dostları ilə paylaş: |