Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ


) Termiki yanıqlar zamanı zərdab hansı xəstəliyin profilaktikası məqsədilə vurulur?



Yüklə 261,37 Kb.
səhifə235/248
tarix02.07.2022
ölçüsü261,37 Kb.
#62598
1   ...   231   232   233   234   235   236   237   238   ...   248
Umumi test suallari

949) Termiki yanıqlar zamanı zərdab hansı xəstəliyin profilaktikası məqsədilə vurulur?

A) Qarayara


B) Vəba
C) Tetanus
D) Quduzluq
E) Botulizm
Ağırlaşmaların qarşısını almaq, tonik və klonik qicolmaların qarşısını almaq üçün vurulur.

Ədəbiyyat: B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 296-297




950) Yanıq xəstəliyi bədənin neçə faizi yandıqda əmələ gəlir?

A) 10% və daha çox


B) 1-2%
C) 6-7 %
D) 8-9 %
E) 3-5%
Bədənin 10%-ə qədər yanması zamanı yerli ağrı olur,buna keçici reaksiya deyilir. 10%-dən artıq yanarsa bu yanıq xəstəliyi adlanır.

Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр 174-175




951) Yanıq xəstəliyi nəticəsində hansı şok əmələ gəlir?

A) Hipovolemik


B) Kardiogen
C) Anafilaktik
D) Travmatik
E) Bakterial
Yanıq şoku zamanı ürək döyüntülərinin azalması dövr edən qanın və plazmanın itirilməsinə gətirib çıxarır.Bu da hipovolemik şokla nəticələnir.

Ədəbiyyat: B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 294-295




952) Yanıqların infuzion müalicəsində hansı növ məhlullardan istifadə edilir?

A) Polyarlaşmış


B) Duz tərkibli
C) Dezintoksikasion təsirli
D) Antihistamin təsirli
E) Zülal tərkibli
Yanıqların infuzion müalicəsində ağırlaşmaların və zəhərlənmələrin qarşısını almaq üçün dezintoksikasion təsirli maddələrdən istifadə edilir.

Ədəbiyyat: Е.М.Чазов «Неотложные состояния и екстренная медицинская помощь» стр.239-241 Москва 1988




Bölmə 7 Sinir-Ruhi Xəstəliklər,Yoluxucu xəstəliklər


953) Psixomotor oyanıqlıq zamanı xəstəyə təxirəsalınmaz yardım üçün hansı preparatdan istifadə olunur?

A) Ensefabol


B) Analgin
C) Aminazin
D) Pirasetam
E) Koffein
Aminazin psixomotor oyanmanı aradan qaldırır, sedativ, adrenolitik təsir göstərir.

Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.453





Yüklə 261,37 Kb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin