954) Tibb işçilərinin danışıq tərzinin ehtiyatsızlığı nəticəsində müşahidə edilən psixi pozuntu nədir.?
A) Xəstənin əmək reablitasiyasiyası
B) Xəstənin psixikasına sözlə təsir etmə
C) Xəstələrə nəzarətin təşkili
D) Xəstənin xəstəxanaya yerləşdirilməsi
E) Xəstənin dərmanla müalicəsi
Müalicə məqsədi ilə xətənin psixikasına sözlə təsir göstərilməsidir. xəstəyə psixoterapevtik təsir göstərilməsində tibb bacısının rolu çox böyükdür. Bu işdə xəstələrlə təmkinli və nəzakətli davranışın böyük əhəmiyyəti vardır.
Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.470
955) Tibb işçilərinin ehtiyatsızlığı nəticəsində müşahidə olunan psixi pozuntu nədir?
A) Yatrogeniya
B) Yaddaş pozuntusu
C) Düşüncə pozuntusu
D) Diqqət pozuntusu
E) İradi-hərəki pozuntu
Tibb bacısının vaxtında və yerində edilmiş qed və göstərişi xəstəyə müsbət təsir göstərdiyi halda ehtiyatsızlıqla dediyi söz onun vəziyyətini dəyişə bilər və bu ehtiyatsızlıq nəticəsində yaranan reaktiv hal yatrogeniya adlanır.
Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.476
956) Kəskin beyin-qan dövranının pozuntusu zamanı yataq rejiminə neçə gün müddətinə riayət olunur?
A) 21
B) 30
C) 6
D) 10
E) 14
Kəskin beyin-qan dövranının pozuntusu zamanı beyin funksiyaları 3 həftə (21 gün) ərzində bərpa olunur
Ədəbiyyat: R.Şirəliyeva: “Sinir xəstəlikləri”. Bakı 2003. Səh 126
957) Meningit xəstəliyini təsdiqləyən müayinə üsulu hansıdır?
A) Ultrasəs müayinəsi
B) Onurğa beyin mayesinin müayinəsi
C) Şəkərin müayinəsi
D) Qanın müayinəsi
E) Sidiyin müayinəsi
Meningit baş-beyin qişalarının iltihabıdır. Meningit xəstəliyini təsdiqləyən müayinə üsulu onurğa beyin mayesinin müayinəsidir. meningitin formalarından asılı olaraq onurğa beyin mayesinin tərkibi müxtəlif olur.
Ədəbiyyat: R.Şirəliyeva: “Sinir xəstəlikləri”. Bakı 2003. Səh 152
Dostları ilə paylaş: |