236) İnsulinlə müalicə zamanı baş verə biləcək ağırlaşma hansıdır?
A) Tromboflebit
B) Lipodistrofiya
C) Nekroz
D) Qanaxma
E) Hepatit
Lipodistrofiya insulin yeridilməsi zamanı rast gəlinir və inyeksiya yerində piy toxumasının itməsi ilə xarakterizə olunur, səbəbi məlum deyil. Lipodistrofiyanın baş verməməsi üçün insulin vurulan yerlər tez-tez dəyişilməlidir.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 160. “ Təhsil “ Bakı 1998
237) İnyeksiya yerini işləmək üçün neçə dərəcəli spirtdən istifadə edilir?
A) 70
B) 80
C) 60
D) 96
E) 75
İnyeksiya vurulacaq yeri 70 dərəcəli spirtdə isladılmış steril tamponla silirlər, belə etməkdə başlıca məqsəd aseptika qaydalarına əməl olunmasıdır.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 48. “Çıraq” 2008
238) Venadaxili inyeksiyanın ani ölümlə nəticələnən ağırlaşması hansıdır?
A) Sepsis
B) Qanaxma
C) Hava emboliyası
D) Nekroz
E) Hematoma
Şpris, yaxud qanköçürmə sistemindən havanın qan damarlarına keçməsi nəticəsində hava emboliyası baş verir ki, bu da ani olaraq xəstənin ölümünə səbəb olur.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998
239) Mədə-bağırsağı qıcıqlandıran dərman maddələrini nə vaxt qəbul etmək lazımdır?
A) Yemək vaxtı
B) 2 yemək arasında
C) Yeməkdən əvvəl
D) Yeməkdən sonra, su ilə
E) Yeməkdən 2 saat sonra
Həzm traktını qıcıqlandıran dərmanlar ( məs. indometasin, dəmir preparatları və s.) yeməkdən sonra həkimin göstərişindən asılı olaraq su ilə qəbul edilir.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
240) 10%-li kalsium-xloridin vena daxili düzgün yeridilməməsi nəticəsində hansı ağırlaşma inkişaf edir?
A) Hepatit
B) Qanaxma
C) Abses
D) Tromboflebit
E) Nekroz
Nekroz güclü qıcıqlandırıcı dərmanların, əsasən də 10 %-li kalsium xlorid məhlulunun səhvən dərialtına yeridilməsi zamanı baş verir.Belə hal olduqda dərhal həmin nahiyəyə fizioloji məhlul yeridərək,soyuq qoyulur, bunlar kömək etmədikdə nekrotik toxumalar cərrahi yolla kənar edilir.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 161. “ Təhsil” Bakı 1998
Dostları ilə paylaş: |