139) Adi ketqut sapları neçə vaxtdan sonra sorulur? İri və xırda buynuzlu heyvanların nazik bağırsağından və ya vətərindən hazırlanan ketqut sapları daxili orqanlarda aparılan əməliyyatlarda işlədilir. Sorulma müddəti 15 - 20 gündür. Ədəbiyyat: M. M. Abakumov - 1985. (səh - 42) 140) Yanıq xəstəliyinin ilk günlərində xəstəyə köçürələcək infuzion mayelərin miqdarı necə hesablanır? Yanıq şokunun dərəcəsindən asılı olaraq ilk günlər xəstələrə şok əleyhinə parenteral karbohidrat və duz tərkibli mayelər köçürülür. Köçürələcək maye xəstənin bədən çəkisinin 10% - dən artıq olmamalıdır. Ədəbiyyat: A. N. İnkova. (səh - 126)