179) Dərinin göbələk xəstəliyinin əmələ gəlməsində rol oynamır: Patogen göbələklər dərinin göbələk xəstəliklərinin bilavasitə törədiciləridir. Hipovitaminoz, şəkərli diabet, antibiotiklərin, kortikosteroidlərin qeyri - düzgün qəbulu isə dərinin göbələk xəstəliklərinin inkişafına şərait yaradır. İbtidailər isə dərinin göbələk xəstəliyinin əmələ gəlməsində heç bir rol oynamır.
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 105)
180) Favus (keçəllik) xəstəliyinin klinik əlaməti hansıdır? Favus (keçəllik) —dərinin göbələk xəstəliklərindən biridir, onun törədiciləri ev heyvanlarından (it, pişik, dovşan, siçan və quşlar: toyuq və ördəklər) uşaqlara və yeniyetmələrə yoluxur. Saçlar isə tozlu kimi görünür və «siçan» iyi verir. Bu xəstəlik müalicə olunmazsa, davamlı dazlıq törəyir.
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 112)
181) Dərinin göbələk xəstəliklərinin hansı növündə ağızın selikli qişaları zədələnir?
Kandidozlar maya göbələkləri tərəfindən törədilir. Xüsusən körpələrdə bu özünü süd yarası kimi göstərir. Antibiotiklərin qeyri - düzgün tətbiqi, ümumi zəiflik, immun çatışmazlıq kimi hallar kandidoza səbəb ola bilər.
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 121)