135) Koxer üsulu ilə çıxıq yerinə salınarkən neçə ardıcıl mərhələ var? Çıxmış sümüyün yerinə salınma taxnikası 4 ardıcıl mərhələ yerinə yetirilir. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 271) 136) Kəsici cərrahi alətləri əməliyyatdan əvvəl neçə saat spirtdə saxlamaq lazımdır? Kəsici cərrahi alətlər (skalpel və qayçılar) termiki üsulla kütləşdiyi üçün 30 dəq müddətində 96% - li etil spirtində saxlanılır. Ədəbiyyat: Qostişev. (səh - 12) 137) Biksin əməliyyat üçün yığımının neçə üsulu var? Biksin əməliyyat üçün yığımının 3 üsulu var.
1. Universal yığım
2. Məqsəd yönlü yığım
3. Çeşidlənmiş yığım Ədəbiyyat: Qostişev. (səh - 13) 138) Termiki üsulla sterilizasiya olunmayan endoskopik alətlər necə sterilizasiya olunur? Termiki üsulla sterilizasiyası mümkün olmayan endoskopik, torakoskopik, laparoskopik, alət və vasitələr xüsusi qaz sterilizatorlarında 16 saat 18˚C - də sterilizə olunur. Ədəbiyyat: Qostişev. (səh - 11)