134) Diz və dirsək oynağına qoyulan tısbağavari sarğının neçə forması var? Tısbağavari sarğı dirsək və diz oynaqlarını sarımaq üçün münasibdir və qoyulma üsulundan asılı olaraq 2 forması: yaxınlaşan və uzaqlaşan formaları işlədilir. Yaxınlaşan sarğıda bint oynaqdan yuxarıda və aşağıda dairəvi sarınaraq, oynaq çuxurunda çarpazlaşdırılır. Uzaqlaşan sarğıda isə bintin birinci dolağı oynağın ortasından aparılaraq sonrakı dolaqlar biri - birinin üçdə iki hissəsini örtməklə oynaqdan yuxarıda və aşağıda aralanıb uzaqlaşır. Ədəbiyyat: N. P. Paleyev. Tibb bacısının məlumat kitabı. (səh - 310)