157) Yaranın birincili sağalması neçə gün davam edir? Birincili olaraq o, yaralar sağalır ki, yara kiçik, kənarları hamar və dərin olmasın. Yara aseptik qaydalara uyğun nəzarət altında olduqda ilk bitişmə ilə bütün sağalma prosesi 5 - 8 günə qədər günə davam edir. Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 126)
158) Ağciyərin zədələnmələrində bu simptoma rast gəlinmir? Ağciyərin zədələnməsi üçün (onu əmələ gətirən səbənlərdən asılı olmayaraq) 4 simptom xarakterikdir.
1. Qanhayxırma
2. Dərialtı emfizema
3. Hematoraks
4. Pnevmotoraks
Disfagiya bu simptomlar kompleksinə aid deyil. Ədəbiyyat: B. Ağayev. (səh - 81)