A) Abses
B) Toxuma nekrozu
C) Allergik reaksiya
D) Tromboflebit
E) Flebit
Periferik venadaki kateterdən infuziyalar zamanı yeridilən dərman madəsinə qarşı baş verən
ağırlaşmalardan biri allergik reaksiyalardır.Allergik reaksiyaların ağırlığı müxtəlif olub,yüngül
dərəcədən anaflaktik şoka qədər inkişaf edə bilər.Bu zaman arterial təzyiqin kəskin aşağı
enməsi,bronxların spazmı,nəbzin tezləşməsi müşahidə olunur.Belə xəstələt narahat olur,tənəffüsün
çətinləşməsindən şikayət edirlər.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее
профессиональное образование), Феникс, 2008 стр.89
795) Mərkəzi venalara kateterin yeridilməsi nə vaxt həyata keçirilir?
A) Yuxarı ətrafın zədələnmələrində
B) İnfeksiyadan sonra baş verən hematomalarda
C) Xəstə koma vəziyyətində olduqda
D) Aşağı ətrafların qızıl yelində
E) Flebit və tromboflebitlərdə
Koma vəziyyətində olan xəstələri parenteral qidalandırmaq üçün uzun müddət vena daxilinə
dərman maddələrinin yeridilməsi lazım gəlir.Bu məqsəd ilə mərkəzi venalara kateterin qoyulması
həyata keçirilir.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее
профессиональное образование), Феникс, 2008 стр.212
Dostları ilə paylaş: