E) Zədələnmiş nahiyənin taxta parçasına fiksə olunması
Autoimmobilizasiya zədələnmiş nahiyənin sağlam tərəfə fiksə olunmasıdır.Yuxarı ətrafın
zədələnməsi zamanı onu gövdəyə bintlə sarımaq və ya ləçəkvari sarğı
ilə fiksə etmək
lazımdır.Aşağı ətrafın zədələnməsində zədələnmiş ətraf sağlam tərəfə fiksə olunmalıdır.
Ədəbiyyat: İ.V.Yaromiç”Sestrinskoye delo”dlya uçaşixsya meditinskix uçiliş i kolledjey,sredneqo
meditinskoqo personala.”Vışşeşaya şkola”,2003 səh.292
806) Borulu drenajlar istifadədən əvvəl nə ilə yuyulmalıdır?
A) 3%-li hidrogen peroksidlə
B) 0.9%-li natrium xloridlə
C) 1%-li yodonatla
D) 1.5%-li xlorheksidin biqlyukonat
E) 70%-li spirtlə
Bütün drenajlar mütləq steril olmalı və bir dəfə istifadə üçün nəzərdə tutulmalıdır.Borulu drenajlar
istifadədən əvvəl 0.9%-li natrium xlor məhlulu ilə yuyulmalıdır.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее
профессиональное образование), Феникс, 2008 стр.114
807) Yaradan,boşluqlardan möhtəviyyatın xaric edilməsi və dərman maddələri ilə yuyulması
necə adlanır?
A) Biopsiya
B)
Anesteziya
C)
Hemostaz
D) İnfuziya
E) Drenajlanma
Yaradan,boşluqlardan möhtəviyyatın xaric edilməsi və dərman maddələri ilə yuyulması
drenajlanma adlanır.Drenajlanma tənzif və borulu drenajların
vasitəsilə həyata
keçirilir.Drenajlanma üç cür olur:passiv,aktiv və aspirasion-şırınqa yolu ilə.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее
профессиональное образование), Феникс, 2008 стр.114
Dostları ilə paylaş: