səthlərinin,bağların uşaq ana bətnində olarkən zəif inkişaf etməsi ilə əlaqələndirilir.Rentgen
müayinəsindən sonra diaqnoz dəqiqləşdirilir.Müalicəsi cərrahi və ortopetik yolladır.
Ədəbiyyat: H.Sultanov.Cərrahiyyə Bakı 1997.Səh(103)
865) Diz oynağının zədələnmələrində və xəstəliklərində diz oynağına sarğı qoyarkən diz
oynağı neçə dərəcəli bucaq altında olmalıdır?
A) 180°
B) 5°
C) 45°
D) 90°
E) 130°
Diz oynağının zədələnmələrində və xəstəliklərində oynağa 130 dərəcə bucaq verilərək yaxınlaşan
və uzaqlaşan tısbağavari formalı sarğı qoyulur.
Ədəbiyyat: H.Sultanov.Cərrahiyyə Bakı 1997.Səh(95)
866) Uşaqlarda sınıq nahiyəsində yaranan hemotamaya 1%-li novakain blokadası apararkən
nə nəzərə alınmalıdır?
A) Uşağın cinsi
B) Uşağın çəkisi
C) Uşağın yaşı
D) Köklük dərəcəsi
E) Uşağın boyu
Uşaqlarda ətrafların sınıqları zamanı kiçik ölçülü Kramer şinası ilə immobilizasiyadan sonra sınıq
yerində hematomaya uşağın yaşına müvafiq novakainin 1-2%-li məhlulundan hər yaş üçün 1ml
götürülməklə işlədilir.Əgər uşağın yeddi yaşı varsa onda 7 ml novakain vurulmalıdır.
Ədəbiyyat:B,D.Komarov.Təcili tibbi yardım.Moskva-1984.Səh(294)
Dostları ilə paylaş: