958) Miqren tutması zamanı ilk tibbi yardım hansıdır? A) Başı soyuq su ilə yumaq
B) Xəstəni yarıqaranlıq, havası dəyişdirilmiş, sakit bir yerdə yerləşdirmək
C) Sıxıcı paltarlardan azad etmək
D) Oksigen vermək
E) Zəli qoymaq
Miqren tutması bir neçə saatdan bir-iki sutkaya qədər davam edə bilər. Bu vəziyyət fiziki,
emosional yüklənmə ağır havalı otaqda uzun müddət qalmaq nəticəsində baş verir. Miqren tutması
zamanı xəstəni yarıqaranlıq, havası dəyişdirilmiş, sakit bir yerdə yerləşdirmək lazımdır.
Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.462
959) Epilepsiya üçün xarakter əlamət nədir? A) Nitqin tormozlanması
B) Qıcolma
C) Ürəkbulanma
D) Özünə qapanma
E) Başgicəllənmə
Epilepsiya yunanca “Epilambano” sözündən götürülüb, “tuturam”, “yaxalayıram” deməkdir.
Xəstəlik qıcolma tutması ilə müşahudə olunur.
Ədəbiyyat: N. İsmayılov: “Psixiatriya”. Səh 211
960) Epileptik status zamanı mexaniki asfiksiyanın qarşısını almaq üçün tibb bacısının taktikası: A) Başa hündür vəziyyət verməli
B) Başa buz qoymalı
C) Mədə-bağırsaq traktını yumalı
D) Xəstəni təmiz havaya çıxartmalı
E) Xəstəni uzatmaq :tənəffüs yollarını təmizləmək, diş protezi varsa onu xaric etmək
Epileptik status zamanı ağız suyu udulmaqla boğulmanın qarşısını almaq üçün yuxarı tənəffüs
yollarını selikdən təmizləmək, başı yana çevrilir.
Ədəbiyyat: N. İsmayılov: “Psixiatriya”. Bakı 1992. Səh 220
961) Hemoratik insult zamanı təxirəsalınmaz yardım: A) Xəstənin başına buz qoyub, uzanıqlı vəziyyət vermək
B) Xəstəyə yarıoturaq vəziyyət vermək
C) Xəstəyə başıaşağı vəziyyət vermək
D) Xəstəni sol tərəfə çevirmək
E) Xəstəni sağ tərəfə çevirmək
Insult-beyni qanla təchiz edən arteriyalar sistemində kəskin qan dövranı pozğuntusudur. Insult
qəfləti, ani inkişaf edir və qansızmanın qarşısını almaq məqsədi ilə xəstənin başına buz qoyub,
uzanıqlı vəziyyət vermək lazımdır.
Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh. 560