Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Kateterizasiyadan əvvəl kateterə nə sürtülür?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə61/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   57   58   59   60   61   62   63   64   ...   252
224) Kateterizasiyadan əvvəl kateterə nə sürtülür?
A) Bitki yağı 
B) Təmiz su 
C) Antiseptik məhlul 
D) Steril vazelin yağı 
E) Qliserin 
Sidik kisəsindəki sidiyi boşaltmaq, yaxud ora müxtəlif dərmanlar yeritmək üçün kateterizasiyadan- 
sidik kisəsinə uretral kateterin salınmasından istifadə edirlər, lakin kateteri yeritməkdən qabaq 
mütləq onu steril vazelin yağı ilə silirlər, belə etdikdə kateter rahat salınır, onun keçdiyi nahiyələr 
zədələnmir. 
Ədəbiyyat : C.N. Hacıyev; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 229.“ Təhsil” Bakı 1998. 
225) İnhalyasion üsulla hansı dərman maddələri yeridilir?
A) Suspenziyalar 
B) Bərk halda olan 
C) Maye halda olan 
D) Məlhəmlər 
E) Qaz halında olan 
İnhalyasiya dərman maddələrinin nəfəslə bədənə daxil edilməsi yoludur.Nəfəs aldıqda qaz halında 
olan ( oksigen, karbon qazı), tez buxarlanan ( efir, xloroform), habelə narın toz halında olam 
maddələr ( aerozollar) udulur. İnhalyasiya zamanı çox vaxt dərman maddələrini buxar halında 
udurlar, bunun üçün xüsusu aparatdan- buxar inhalyatorundan istifadə edilir. 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 50 “Çıraq” 2008. 
226) Kapsula daxilə necə qəbul olunmalıdır?
A) Çeynənmiş halda 
B) Dilin üzərinə səpilmiş 
C) Dəyişilməmiş halda 
D) Suda həll edərək içmək 
E) Xırda hissələrə bölərək 
Bir sıra dərmanlar enteral yolla qəbul edildikdə həzm fermentləri tərəfindən parçalanır, bəzi 
dərmanlar mədənin selikli qişasını çox qıcıqlandırır və s. Bu kimi halları ardan qaldırmaq üçün bəzi 
dərmanlar daxilə kapsula şəklində verilir.Kapsula daxilə bütöv şəkildə qəbul olunmalıdır. 
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.135. “ Təhsil” Bakı 1998. 
227) “Acqarnına” təyin olunmuş dərmanlar nə vaxt qəbul edilir?


A) Yeməkdən 30 dəqiqə əvvəl 
B) Yeməkdən 15-20 dəqiqə əvvəl 
C) Bilavasitə yeməkdən əvvəl 
D) Yeməkdən 10 dəqiqə əvvəl 
E) Yeməkdən 1 saat əvvəl 
“Acqarına “ təyin olunmuş dərmanlar yeməkdən 30 dəqiqə əvvəl qurtum-qurtum su və ya südlə 
qəbul edilir, əsasən həzm traktını qıcıqlandırmayan dərmanlar belə verilir, həzm traktını 
qıcıqlqndıran dərmanlar isə ( məs. indometasin, dəmir preparatları və s.) yeməkdən sonra 
verilməlidir
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 135. “Təhsil” Bakı 1998. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin