Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Hamiləliyin antinatal risk faktoruna nə aid deyil?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə99/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   95   96   97   98   99   100   101   102   ...   252
369) Hamiləliyin antinatal risk faktoruna nə aid deyil?
A) Vaxtı keçmiş hamiləlik 
B) Geçikmiş toksikozlar 
C) Çox döllü hamiləlik 
D) Hamiləlik vaxtı qanaxma 


E) Doğuş vaxtı narkoz vermə 
Uşaq orqanizminin əsas morfoloji və funksional xüsusiyyətləri , uşağın sağlam doğulması 
hamiləliyin düzgün gedişindən asılıdır. Narkoz isə doğuş vaxtı verildiyindən hamiləliyin antinatal
risk qrupuna doğuş vaxtı narkoz vermə aid deyil . 
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007.səh.71 
370) Yenidoğulmuşların asfiksiyası zamanı orta ağır asfiksiya neçə balla qiymətləndirilir?
A) 4-5 bal 
B) 8-10 bal 
C) 6-7 bal 
D) 3-4 bal 
E) 1-2 bal 
Asfiksiya xəstəlik deyil, müxtəlif səbəblər nəticəsində yaranan simptom kompleksidir.Asfiksiya 
zamanı ürək,qan-damar sistemi və həyat üçün vacib orqanların (beyin,ürək) qanla təmin olunması 
pozulur. Hər əlamət 2 balla qiymətləndirildikdə asfiksiyanın dərəcəsi Apqar şkalasına görə 5 
əlamətlə qiymətləndirilir .Orta ağır asfiksiya Apqar şkalasına görə 4-5 balla qiymətləndirilir.8-10 
yaxşı, 6-7 kafi, 4-5 bal orta ağır asfiksiya sayılır. 
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 145 . 
371) Yenidoğulmuşların asfiksiyası zamanı ürək vurğularının sayını artırmaq üçün hansı 
preparat istifadə edilir?
A) Adrenalin 
B) ATF 
C) Noşpa 
D) Kokarboksilaza 
E) Vitamin C 
Dölün asfiksiyası zamanı cift qan dövranı pozulur,dölün bədəninə oksigen az daxil olur və nisbi 
oksigen aclığı əmələ gəlir. Bu da boğulmaya səbəb olur, ürək döyüntülərinin sayı və ritmi dəyişir. 
Ürək vurğularının sayını artırmaq məqsədi ilə adrenalin preparatından istifadə edilir. 
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 146 . 
372) Tənəffüs çatışmazlığı sindromu hansı uşaqlar üçün xarakterikdir?
A) Vaxtında doğulanlar 
B) Çox döllü hamiləlik 
C) Vaxtından əvvəl doğulmuşlar 
D) Çox saylı hamiləlik 
E) Vaxtından gec doğulanlar 
Çəkisi 2500 qramdan az ,boyu 35-45 sm doğulan uşaq vaxtından əvvəl doğulmuş sayılır. Mərkəzi 
sinir sistemi, bir sıra orqan və sistemlər tam inkişaf etmədiyindən belə uşaqlarda bir sıra funksional 
pozğunluqlar meydana çıxır. Belə uşaqlarda tənəffüs çatışmazlığı sindromu tez inkişaf edir. 
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 128 . 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin