C) Bakterial infeksiyanın qan dövranında
dövr etməsi
D) Rh-konflikt
E) Mübadilə pozğunluğu
Sepsis orqanizmdə hər hansı bir infeksiya ocağından bakteriyanın qan və limfa sisteminə düşərək
orqanizmdə dövr etməsi nəticəsində
baş verən xəstəlik olub, immunodefist fonunda inkişaf edir.
Xəstəlik ümum əlamətlərlə yanaşı xəstədə yüksək qızdırma ilə də xarakterizə olunur.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 234
354) BCJ vaksinasiyasından sonra immunitet nə vaxt yaranır?
A) 10
həftəyə
B) 4 aya
C) 6 aya
D) 8 həftəyə
E) 3 həftəyə
BCJ vaksini yeni doğulmuşlara doğulduqdan sonrakı 3-5-ci gün vurulur. Məqsəd
vərəmlə
yoluxmanın qarşısını almaqdır. İmmunitet 8 həftəyə yaranır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 50.
355) Qarışıq qidalanma nə vaxt tətbiq edilir?
A) Ana südü çatmadıqda
B) İlin isti fəslində
C) Yarımçıq doğulmuşlarda
D) Sünii qidalanmada
E) Təbii qidalanmada
Qarışıq qidalanma uşağı doyuzdurma üçün tətbiq edilir. Qarışıq qidalanmaya keçməyə səbəb ana
südünün çatmamasıdır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 145.
356) Bətndaxili infeksiyalara hansılar aiddir?
1. Sitomeqalovirus
2. B hepatit virusu
3. Məxmərək virusu
4. Herpes virusu
5. A hepatit virusu
6. Adenovirus
A) 1,3,5
B) 3,5,6
C) 1,3,4
D) 2,4,6
E) 2,5,6
Sitomeqalovirus,məxmərək,herpes virusu bətndaxili infeksiya törədir.Bu
viruslar cift vasitəsilə və
ana südündən uşağa keçə bilər. Xəstəlik sepsis və pnevmoniya əlamətləri ilə özünü biruzə verir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 192 .
Dostları ilə paylaş: