342) Orqanizmdə hansı vitamin çatışmazlığı sinqa və ya skorbut xəstəliyinə səbəb olur?
A) Vitamin C
B)
Vitamin D
C) Vitamin E
D) Vitamin A
E) Vitamin K
C
vitamininin ,yəni askorbin turşusunun orqanizmdə çatış mazlığı sinqa və ya skorbut xəstəliyinə
səbəb olur. C vitamininə gündəlik tələbat 75- 100 mq- dır. C vitamini əsasən
sitrus meyvələrində ,
qarpızda , bibərdə və s. olur. Orqanizmdə C vitamini çatmadıqda hemorragik diatez əlamətləri,
damaqlarda qansızma olur,
anemiya , hipotoniya və s. kimi əlamətlər müşahidə edilir.
Ədəbiyyat :Справочник фельдшера .Под редакцией А.Н.Шабанова.Стр.4 Москва « Медицина
«1983»
343) Seroz boşluqlara toplanan iltihabi maye necə adlanır?
1. Transsudat ;
2. Ekssudat ;
3. Bəlğəm ;
4. İrin
A) 1 ;2
B) 4
C) 2
D) 1 ; 4
E) 3
Seroz boşluqlara iltihab iltihabi maye yığıla bilər , bu maye ekssudat adlanır. Ekssudatın xüsusi
çəkisi 1016-1025 arasında olur , onun tərkibində 3-5 % zülal tapılır.
Ekssudat mayesində
leykositlərin sayı görmə sahəsində 50 -100 – dən artıq olur , bəzən bütün görmə sahəsini tutur.
Ədəbiyyat : Axunbəyli A.Ə;Alimetov S.N. Daxili xəstəliklər. Səh.442. Şərq- Qərb. Bakı 1998.
344) Seroz boşluqlara toplanan durğunluq mayesi necə adlanır?
1. Ekssudat ;
2. Bəlğəm ;
3. Transsudat ;
4. İrin
A) 3
B) 4
C) 1 ;2
D) 2
E) 1
Seroz boşluqlara durğunluq nəticəsində durğunluq mayesi yığıla bilər , bu maye transsudat adlanır.
Transsudatın xüsusi çəkisi 1002-1015 arasında olur , onun tərkibində 0,5-2,5 % zülal tapılır.
Transsudat mayesində leykositlərin sayı görmə sahəsində 15-20 – dən artıq olmur .
Ədəbiyyat:Axunbəyli A.Ə;Alimetov S.N.Daxili xəstəliklər.Səh.442 Şərq- Qərb. Bakı 1998.
Dostları ilə paylaş: