D) Hidroperikard
E) Anasarka
“Hydro”- latınca maye , “toraks” döş qəfəsi deməkdir.
“Hydro”- latınca maye , “toraks” döş qəfəsi deməkdir.
Ədəbiyyat : F.İ.Komarov;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər. Səh. 87.
Bakı. “ Təbib “ 1998
346) Ürək astması –----------- kəskin çatışmazlığıdır.Nöqtələrin yerinə uyğun gələn cavabı
seçin.
A) Venaların
B) Periferik damarların
C) Sağ mədəciyin
D) Sol mədəciyin
E) Arteriyaların
Sol mədəcik çatmamazlığı zamanı kiçik qan dövranında təzyiq artır , nəticədə ağ ciyərlərdə venoz
durğunluq yaranır ,alveol-kapilyar qaz mübadiləsi pozulur ,bu da kliniki olaraq təngnəfəslik və
öskürəklə müşahidə olunur,nəticədə ürək astması tutması baş verir.
Ədəbiyyat : Axunbəyli A.Ə ;Alimetov S.N. Daxili xəstəliklər. Səh.221 Şərq- Qərb.Bakı 1998
347) Xroniki pankreatitin müalicəsində əvəzedici terapiya məqsədilə hansı dərman tətbiq
edilir?
A) Almagel
B) Fosfolügel
C) Pankreatin
D) Morfin
E) No-şpa
Mədəaltı vəzin xarici sekretor çatışmazlığında əvəzləyici terapiya məqsədilə ferment preparatları
təyin edilir ki , pankreatin də bunlardan biridir.Pankreatin 0,5-1 qr-dan gündə 3-4 dəfə təyin edilir.
Ədəbiyyat : F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər. Səh. 391.
Bakı “Təbib “1998
BÖLMƏ: 2 Pediatriya
348) İlk qışqırıq mexanizmi nə ilə bağlıdır?
A) Hipertermiya ilə
B) Cinsi krizlə
C) Anemiya ilə
D) Hipoksiya ilə
E) Hiperbilirubinemiya ilə
Düzgün cavab –hipoksiya ilə
Uşaq doğulan andan cift qan dövranı kəsilərkən ağ ciyər tənəffüsü başlayır. Cıft qan dövranı
kəsildikdən sonra qanda O
2
azalır və karbon qazının artıq miqdarda toplanması nəticəsində tənəffüs
mərkəzi qıcıq-lanır və uşaq ilk dəfə nəfəs alır. Beləliklə, uşağın ilk qışqırıq mexaniz-mi hipoksiya
ilə əlaqədar olur.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 30.
Dostları ilə paylaş: