Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ”Bakı 2008 səh 335
492) Yenidoğulmuşlarda böyük əmgək hansı formada olur?
A) Romb şəklində
B) Üçbucaq formasında
C) Oval formada
D) Bağlı olur
E) Dairə şəklində
Yenidoğulmuşlarda böyük əmgək alın və təpə sümükləri arasında yerləşir, romb şəklində olur, 12-
15 aylığında bağlanır.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа»
2002 cтр 35
493) Peyvənd otağında vaksinlər saxlanan soyuducularda temperatur neçə dəfə yoxlanılır?
A) Gündə 2 dəfə, səhər işin əvvəlində və axşam iş qurtaranda
B) Temperaturu yoxlamağa ehtiyac yoxdur
C) Gündə 1 dəfə
D) Həftədə 1 dəfə
E) Günaşırı
Uşaq poliklinikasında vaksinasiya aparmaq üçün xüsusi peyvənd otağı olur. Otaqda vaksinləri
saxlamaq üçün soyuducular var.Burada tələb olunan temperatur gözlənilməlidir(+2 +8) Ona görə
gün ərzində 2 dəfə soyuducunun temperaturu yoxlanılır.
Ədəbiyyat: “Təcrübədə immumlaşdırma”Modul 2,.Metodik göstərişlər. Bakı, 2010,səh 15
494) Həll edilmiş AGDT ( göy öskürək, difteriya, tetanus əleyhinə) vaksinin istifadə müddəti
nə qədərdir?
A) 5 günədək
B) 2-3 saat
C) Vaxt məhdudiyyəti yoxdur.
D) 7 günədək
E) 1 gün
Difteriya göyöskürək və tetanus əleyhinə kombinə olunmuş vaksin (AGDT) duru vaksindir. Sakit
halda qaldıqda flakonda çöküntü əmələ gəlir.İstifadə etməzdən əvvəl silkələmək, həll etdikdən
sonra isə 5 gün müddətinə istifadə etmək lazımdır.
Ədəbiyyat: “ Təcrübədə İmmunlaşdırma” Modul 2, Metodik göstərişlər. Bakı, 2010,səh 7
Dostları ilə paylaş: