Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Uşaqlarda böyük əmgək neçə ayında bağlanır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə131/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   127   128   129   130   131   132   133   134   ...   252
503) Uşaqlarda böyük əmgək neçə ayında bağlanır?
A) 8- 11 
B) 15- 2 0 
C) 12-15 
D) 4 -7 
E) 9 -10 
Uşaq doğularkən kəllə sümüklərinin birləşmə yerlərində olan kiçik əmgəklər bağlanır.Alın və təpə 
sümükləri arasında olan böyük əmgək isə uşağın 12-15 ayında bağlanır. 


Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 66 
504) Neçə həftəliyində doğulmuş uşaq vaxtında doğulmuş hesab edilir?
A) 38-39 
B) 38-42 
C) 32-34 
D) 28-30 
E) 35-37 
Vaxtında doğulmuş uşaq ana bətnindəki inkişafın 38-42 həftəsini keçirmiş, funksional cəhətcə 
yetişmiş uşaqdır.Bu uşaqların çəkisi 3500-2400 qram arasında,boyları isə 48-52 sm arasında olur. 
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр 37. 
505) Uşaq necə aylığında başını tutmağa başlayır?
A) 7-8 
B) 9-10 
C) 3-4 
D) 5-6 
E) 1-2 
Fiziki və sinir-psixi normal sağlam inkişaf etmiş sağlam uşaq artıq 1-2 aylığında başını tutmağa 
başlayır.2aylığında isə uşağı vertikal vəziyyətdə tutduqda başını
yaxşı saxlayır. 
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр 26. 
506) Uşaq necə ayında sərbəst oturur?
A) 8-9 
B) 4-5 
C) 6-7 
D) 2-4 
E) 10-11 
Sağlam uşaq 6-7 aylığında sərbəst oturur,iməkləməyə başlayır.Sərbəst və asanlıqla qarnı üstündən 
arxası üstə çevrilir. 
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр 28. 
507) Südəmər uşaqlarda bir dəqiqədə tənəffüsün sayı necədir?
A) 20-25 
B) 40-45 
C) 30-35 
D) 35-40 
E) 25-30 
Südəmər uşaqlarda tənəffüsü uşaq yatdıqda və ya sakit vəziyyətdə olduqda sayırlar.Uşaqlarda 
tənəffüs qarışıq tipli olur.Südəmər uşağın tənəffüsünün sayı bir dəqiqədə 30-35 olur. 
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр 59. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin