Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Yenidoğulmuşlarda nəbzin tezliyi bir dəqiqədə necə olur?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə132/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   128   129   130   131   132   133   134   135   ...   252
508) Yenidoğulmuşlarda nəbzin tezliyi bir dəqiqədə necə olur?


A) 70-80 
B) 140-150 
C) 130-140 
D) 90-100 
E) 110-120 
Uşaqlarda yaxşı olar ki,nəbz tənəffüslə yanaşı sayılsın. Nəbzin tezliyini saymaq ücün uşaq sakit 
vəziyyətdə olmalı və ya yatmalıdır.Yenidoğulmuşlarda nəbzin tezliyi bir dəqiqədə 110-120 vurğu 
olur. 
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр67. 
509) Uşaqlarda süd dişlərinin sayı hansı formula əsasən təyin olunur?
A) n-5 
B) n-1 
C) n-4 
D) n-3 
E) n-2 
Uşaqlarda süd dişləri 6-7 aylığından çıxmağa başlayır.12 aylıqda uşağın neçə dişi olduğunu n-4 
folmulundan istifadə edərək tapmaq mümkündür.(n-ayların sayıdır) 12-4=8.Deməli 12aylıq uşağın 
8 dişi olur. 
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр50. 
510) Uşaqlar süd dişlərini hansı yaşda dəyişməyə başlayır?
A) 2-5 
B) 5-7 
C) 9-10 
D) 7-8 
E) 10-11 
Sağlam uşaqlarda süd dişləri uşağın 6-7 aylığından cıxmağa başlayır.5-7 yaşında isə uşaq artıq süd 
dişlərini dəyişməyə başlayır. 
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр50. 
511) Normal cəkili sağlam uşağa birinci əlavə yemək olaraq nə verilir?
A) Düyü həlimi 
B) Tərəvəz püresi 
C) Mannı sıyığı 
D) Meyvə şirəsi 
E) Kefir 
Əlavə yemək uşağa böyüməkdə olan uşaq orqanizminin zülala,yağa,karbohidrata olan tələbatını 
ödəmək ücün verilir.Birinci əlavə yemək uşağa 5 aylığından tərəvəz püresi şəklində verilir. 
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр104 
512) Yoluxucu xəstəlik keçirmiş uşaqda hansı formada immunitet yaranır?
A) Passiv, süni 
B) Yaranmır 
C) Aktiv, süni 
D) Aktiv,təbii 


E) Passiv ,təbii 
Xəstəlikləri tam ləgv etmək,yaxud onlarla xəstələnmə hallarını azaltmaq məqsədilə uşaqların 
immunizasiyası aparılır.İmmunizasiyadan və yoluxucu xəstəliklərlə xəstələndikdən sonra uşaqda 
aktiv,təbii immunitet yaranır. 
Ədəbiyyat: Təcrübədə immunlaşdırma.Modul 1.Bakı 2010.,səh 17 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin