Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Uşaqda defekasiya aktını ləngidən qidalar hansılardır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə139/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   135   136   137   138   139   140   141   142   ...   252
538) Uşaqda defekasiya aktını ləngidən qidalar hansılardır?
A) Müxtəlif şorbalar 
B) Qazlı mineral sular 
C) Müxtəlif sıyıqlar 
D) Çox şirniyyat qəbulu 
E) Əzilmiş qidalar 
Çox şirniyyat qəbulu qida həzmini çətinləşdirdiyinə görə defekatsiya aktını ləngidir 
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 cтр. 74 
539) Uşaqda defekasiya aktını normallaşdıran qidalar hansılardır?
A) Düyü həlimi 
B) Qara çörək, tərəvəz 
C) Tünd çay 
D) Sıyıqlar 
E) İsti su 
Tünd ədviyyatlı,turş,duzlu qidalar bağırsağın daxili mühitini pozur,defekasiya aktını ,ləngidir. Qara 
çörək və tərəvəzin tərkibində hüceyrə lifləri olduğuna görə defekasiya aktını normallaşdırır. 
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 75 
540) Vaxtından əvvəl doğulmuş uşaq üçün ən ideal dəyərli qida nədir?
A) Keçi südü 
B) Ana südü 
C) İnək südü 
D) Adaptə olunmuş qarışıqlar 
E) Kefir 
Ana südü uşaq üçün dəyərli və əvəz edilməz bir qidadır, tərkibinə görə orqanizm tərəfindən asan 
mənimsənilir. Bağırsağın normal mikroflorasını qoruyur. 
Ədəbiyyat: N.Tağıyev “Neanatologiya ”Bakı 2007 səh 124 
541) Hamiləliyin neçə həftəsindən əvvəl doğulan uşaq vaxtından əvvəl doğulmuş sayılır?
A) 39 
B) 37 
C) 41 
D) 42 
E) 40 
Normal hamiləlik 39-41 həftəyə qədər olan hamiləlikdir. Bu dövrdə doğulan uşaq ana bətnində 
inkişaf edərək funksional cəhətdən yetişmiş uşaq olur. 37 həftədən əvvəl doğulan uşaq isə 
funksional cəhətdən yetişməmiş ,vaxtından əvvəl doğulmuş uşaq sayılır. 
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ”, “Bakı” 2007 səh 126 
542) Yeni doğulma dövründə sepsisə səbəb olan giriş qapısı hansıdır?
A) Dəri 
B) Ağız boşluğu 
C) Göbək yarası 
D) Burun keçəcəyi 


E) Konyuktiva 
Yeni doğulmuşlarda sepsis :hər hansı bir mənbədən mikrobun qan və limfa axınına daxil olmasıdır.
Yenidoğulmuşda sepsisin giriş qapısınının əsasını göbək yarası təşkil edir. Aseptika, antiseptika 
qaydalarına əməl etmədikdə yenidoğulmuşun göbək güdülü infeksiyalaşır. 
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ” Bakı 2007 səh 126 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin