Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Südəmər uşaqlarda kəskin rinit zamanı əmizdirmədən əvvəl buruna damargenəldici



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə138/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   134   135   136   137   138   139   140   141   ...   252
534) Südəmər uşaqlarda kəskin rinit zamanı əmizdirmədən əvvəl buruna damargenəldici 
damcının tökülməsində məqsəd nədir?
A) Qarında köpü azaltmaq 
B) Bədən hərarətini azaltmaq 
C) Burun selikli qişasının ödemini artırmaq 
D) Bağırsaq peristaltikasını artırmaq 
E) Burunun selikli qişasında ödemi azaltmaq 
Südəmər uşaqda burun boşluğu kiçik və dar olduğuna görə yuxarı tənəffüs yollarının 
katarında,rinitdə burun selikli qişası ödemləşir, burun tənəffüsü çətinləşir.Uşaq əmə bilmir. Ona 
görə də uşağı əmizdirmədən qabaq selikli qişanın ödemini azaltmaq üçün buruna damargenəldici 
damcı tökülməlidir. 
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 100 
535) Uşaqda həzm orqanı xəstəliklərində ilk xəbərdaredici əlamət hansıdır?
A) İştahanın pozulması 
B) Dispeptik əlamətlər 
C) Qarında köp 
D) Qarında ağrı 
E) Yuxunun pozulması 
Uşaqda həzm orqanı xəstələndikdə (qastrit,qastroenterit və s) iltihabı proseslərdə spazm əmələ 
gəlir, sinir uclarına təsir edir, bu da ağrıya səbəb olur. 
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 369 
536) Mədə xorası olan uşağın qida rasionundan nə çıxarılır?
A) Ət və balıq bulyonu 
B) Zeytun yağı 
C) Südlü sıyıqlar 
D) Süd,kəsmik 
E) Kərə yağı 
Mədə xorası olan xəstə uşaqlara duru, tez həzm olunan vitamin və tərəvəzlə zəngin qidalar 
verilməlidir. Zülallı yağlı qidalar əks göstərişdir. Belə qidalar çətin həzm olunur .Ona görə mədə 
xorasında ət və balıq bulyonu qida rasionundan çıxarılır. 
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 374 
537) Uşaqda mədə bağırsaq qanaxması zamanı tibb işçisinin taktikası?
A) Uşağa çoxlu maye vermək 
B) Uşağa duru qida vermək 
C) Mədəni aminkapron turşusu ilə yumaq 
D) Bağırsaqları təmizləmək 
E) Uşağı tez stasionara çatdırmaq 
Uşaqda mədə bağırsaq qanaxması qorxulu bir vəziyyət olduğu üçün 
tibb bacısının bu zaman ilk tədbiri odur ki, uşağı tez bir zamanda stasionara çatdırmalıdır. Çünki, 
belə xəstəyə təcili həkim yardımı olunmalıdır. 
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 ст. 381 



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin