Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Uşaqda minimal təzyiq maksimal təzyiqin hansı hissəsini təşkil edir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə146/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   142   143   144   145   146   147   148   149   ...   252
572) Uşaqda minimal təzyiq maksimal təzyiqin hansı hissəsini təşkil edir?
A) 1/2+10 
B) ½+20 
C) 1/3+20 
D) ¼+10 
E) 1/5-10 
Uşaqda ürək damar sisteminin fizioloji bir xüsusiyyəti olaraq minimal qan təzyiqi maksimal 
təzyiqin yarısını təşkil edir. Maksimal təzyiq qanı aortaya ötürməsi, minimal təzyiq ürəyin qan 
alması zamanı yaranır. 


Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 68 
573) Südəmər yaşda sünii qidalanmaya keçilməsinə göstəriş nədir?
A) Südün çətin ifraz olması 
B) Ana südünün az olması 
C) Südün çox yağı olması 
D) Ana südünün keyfiyyətsiz olması 
E) Ana südünün olmaması 
Südəmər yaşda intensiv böyümə düzgün və keyfiyyətli qidalanmaya əsaslanır. Ən dəyərli qidalar bu 
yaşda ana südüdür. Ancaq ana südü müəyyən səbəblərdən olmadıqda uşağın qida inqridientlərinə 
olan təlabatını ödəmək üçün ana südünə uyğun olan südlü qarışıqlardan- adaptasiya olunmuş 
qidalardan istifadə olunur ki, buna göstəriş ana südünün olmamasıdır. 
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 156 
574) Selikli qanlı nəcis hansı xəstəlik üçün xarakterdir?
A) Enterit 
B) Enterovirus infeksiyası 
C) Salmanelloz 
D) Eşerixioz 
E) Dizenteriya 
Dizenteriya bağırsaq infeksiyasıdır. Xəstəliyin əsas əlaməti selikli, qanlı nəcis ifrazı, qusma, 
tenezmlərdir.Xəstəlik zamanı yoğun bağırsağın selikli qişasında iltihabı proses olur, xoralar əmələ 
gəlir ,bu da selikli qanlı nəcis ifrazına səbəb olur. 
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 558 
575) Eskikoz və toksikiz hansı infeksion xəstəlik üçün xarakterikdir?
A) Difteriya 
B) Eşerixioz 
C) Salmonelyoz 
D) Dizenteriya 
E) Skarlatina 
Dizenteriya infeksion bağırsaq xəstəliyidir. Xəstəliyin xarakterik simptomu qusma,ishal,qarında 
tutma şəklində ağrılardır. Qusma və ishal nəticəsində bədən çoxlu su itirir – eksikoz əmələ gəlir. 
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 565 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin