Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Yüksək hərarət zamanı uşağa göstərilən yardıma daxil deyildir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə148/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   144   145   146   147   148   149   150   151   ...   252
580) Yüksək hərarət zamanı uşağa göstərilən yardıma daxil deyildir?
A) Hərarətsalıcılar vermək 
B) Dərini spirtlə silmək 
C) Çoxlu maye vermək 
D) Başa soyuq qoymaq 
E) Kalorili qida 
Yüksək həraraət orqanizmin infeksiya qarşı reaksiyasıdır, bu uşaq orqanizminə mənfi təsir edir
ürək , tənəffüs fəaliyyəti artır,qıcolma ola bilər. Belə uşağa coxlu maye vermək, başa soyud 
qoymaq, dərisini spirtlə sirkə ilə silmək lazımdır. Kalorili qida əks göstərişdir. 
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 160 
581) Bronxial astmanın ən xarakterik simtomu hansıdır?


A) Öskürək 
B) Yüksək hərarət 
C) Kataral əlamətlər 
D) Qarında ağrı 
E) Nəfəsvermə zamanı təngnəfəslik 
Bronxial astma infeksion allergik xəstəlikdir. Bronxların spazmı nəticəsində nəfəsvermə aktı 
çətinləşir, nəticədə xəstədə təngnəfəslik yaranır, boğulma baş verir. 
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 190 
582) Xəstəxana daxili pnevmoniyanın etiologiyasında aşağıdakı bakteriyalardan hansının rolu 
böyükdür?
A) Qızılı stafilokok 
B) Steptokok 
C) Pnevmokok 
D) Göy irin çöpləri 
E) Meninqokok 
Pnevmoniya – ağciyər toxumasının iltihabı xəstəliyi olub, ən çox pnevmokok mənşəli olur. 
Pnevmokokların xəstəxanadaxili pnevmoniyanın etiologiyasında da rolu digər bakteriyalardan 
çoxdur. 
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 162 
583) Hipoqlikemik komanın əsas yaranma səbəbi?
A) Passiv həyat tərzi 
B) Karbohidratın çox qəbulu 
C) İnsulinin artıq dozada vurulması 
D) İnsulinin dozadan az vurulması 
E) Aktiv həyat tərzi 
Hipoqlikemik koma şəkərli diabetin insulinlə müalicəsi zamanı onun dozasının çox olması 
nəticəsində yaranır. 
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 135 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin