Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Südəmər uşağın qida rasionuna ət qiyməsi nə vaxt daxil edilir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə144/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   140   141   142   143   144   145   146   147   ...   252
562) Südəmər uşağın qida rasionuna ət qiyməsi nə vaxt daxil edilir?
A) 12-ci aydan 
B) 9-cu aydan 
C) 6-cı aydan 
D) 5-ci aydan 
E) 4-cü aydan 
Uşaq böyüdükcə onun qida rasionu dəyişir, orqanizmin təlabatı artır. 
Ona görə də uşağın qidası müxtəlif tərkibli olmalıdır. 9-cu aydan uşağın qidasına ət qiyməsi daxil 
edilir. 
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 102 
563) Uşaqlarda sidiyin ümumi müayinəsi üçün hansı sidik götürülür?
A) Sutkalıq sidik 
B) İlk sidik 
C) Orta porsiya 
D) Son sidik 
E) Gecə sidiyi 
Uşaqda sidik götürməzdən əvvəl onu yumaq lazımdır ki, götürülən sidiyə heç nə qarışmasın, sonra 
ilk sidik atılır, orta porsiya müayinə üçün götürülür. 
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008”Bakı” səh 270 
564) Yeni doğulmuşlarda dəri bişməcələrinin səbəbi nədir?
A) Bədənin soyuması 
B) Dərinin quruması 


C) İnfeksiya 
D) Bədənin qızması 
E) Pis qulluq 
Yeni doğulmuşun dərisi yumşaq və yağlı olur,ona görə uşağın dərisini təmiz və quru saxlamaq 
lazımdır.Yeni doğulmuşun dərisinə pis qulluq etdikdə dəri bişməcəsi əmələ gəlir. 
Ədəbiyyat: N. Tağıyev “Neontologiya” 2007 səh 178 
565) Uşaqda mədənin təcili yuyulmasına göstəriş nədir?
A) Mədə qanaxması 
B) Xolesistit 
C) Yemək borusu qanaxması 
D) Pankreatit 
E) Qida zəhərlənməsi 
Qida zəhərlənməsi mədənin təcili yuyulmasına göstərişdir. Qida zəhərlənməsinə səbəb mikrobun 
toksinidir. Toksini isə bədəndən tez xaric etmək lazımdır. 
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 90 
566) Kəskin böyrək ağrısında yardım üçün hansı preparatdan istifadə edilir?
A) Laziks 
B) Dibazol, Adrenalin 
C) Dimedrol ,Prednizalon 
D) Aspirin, Analgin 
E) Noşpa, Baralgin 
Kəskin böyrək ağrısında spazmı aradan qaldırmaq üçün noşpa və baralgindən istifadə olunur.Bu 
preparatlar spazmı və ağrını tez aradan qaldırır. 
Yeni doğulmuşlara doğuşdan sonrakı ilk 12 saat ərzində pepatit B-yə qarşı peyvənd budun ön 
səthinə dəri altına vurulur. 
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 270 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin