Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Köçürülən qanın əsas təsirini göstərin



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə232/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   228   229   230   231   232   233   234   235   ...   252
920) Köçürülən qanın əsas təsirini göstərin.
A) Zərərsizləşdirici 
B) Qandayandırıcı 
C) Stimulyasiyaedici 
D) Əvəzləyici 
E) Sadalananaların hamısı 
Qanköçürmə insan orqanizminə mürəkkəb neyro-humoral təsir göstərir.Köçürülən qanın dörd əsas 
təsir sahəsi vardır: 
1.Stimulyasiya edici 
2.Qandayandırıcı 
3.Zərərsizləşdirici 
4.Əvəzləyici 
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı-1997. Səh.(85) 
Bölmə 6 FƏLAKƏTLƏR TƏBABƏTİ
921) Əsgərin Fərdi əczaxanasına aşağıdakılardan hansı preparat daxil deyil?
A) Sulfadimekotsin 
B) Sistamin 
C) Etapirazin 
D) Atropin
E) Promеdol 
Promedol narkotik maddə olduğu üçün onun daşınması və əsgərlər tərəfindən istifadəsi 
qadağandır.Lazım gəldikdə həkim və ya feldşer tərəfindən 1 ml – 2% li promеdol məhlulu ağrı və 
şokun qarşısını almaq üçün əzələ daxilinə və ya venaya yeridilir. 
Ədəbiyyat: A.Musayev . “ Mülki müdafiə tibbi xidmətinin təşkili ” - Bakı – 2008 səh 92-94 
922) İlk tibbi yardım harada göstərilir?
A) Xəstəxanada 
B) Tibb məntəqəsində 
C) Zədələnmə ocağında 
D) Çeşidləmə meydançasında 
E) Hərbi hissədə 
Zədələnmə ocağında nə qədər tez və düzgün yardım göstərilərsə ölüm və əlilliyin sayı bir o qədər az 
olar. İlk tibbi yardım özü – özünə və qarşılıqlı şəkildə yerinə yetirilir.
Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.73-76 
923) Uzunmüddətli sıxılma sindromunun ən çox rast gəlinən ağırlaşması hansıdır?


A) Ağrı 
B) Toksiki şok 
C) Huşun itməsi 
D) Tənəffüsün pozulması 
E) Sınıqların əmələ gəlməsi 
Toksiki şoka ən ağır travmalarda və müxtəlif fəlakət növlərində rast gəlinir. Zədələnmiş bədən 
nahiyəsi sıxılmadan azad edildikdən sonra bir sıra toksiki maddələr qana sorulur. Qanda əzələ 
mioqlobininin miqdarı artır. Toksiki şok əmələ gəlir. 
Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.124-127 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin