915) Xəstə 1 litr qan itirdikdə A\T(arterial təzyiq) neçə mm.c.st aşağı düşür? A) 30 mm c.st
B) 2 mm c.st
C) 6-7 mm c.st
D) 5 mm c.st
E) 10-15 mm c.st
Xəstə 1 litr qan itirdikdə A\T 10-15 mm c.st aşağı düşməklə,nəbz vurğularının sayı 1 dəqiqədə 100
vurğu olur.Dəri örtüyü avazıyır,xəstənin huşu aydın olur.
Ədəbiyyat:V.İ.Maslov.Kiçik cərrahlıq.Moskva-1988.Səh(51)
916) Neçə litr qan itkisi huşunu itirilməsinə ,kollapsa gətirib çıxarır? A) 1.5 litr
B) 2 litr
C) 1 litr
D) 0.5 litr
E) 0.5-1 litr
Xəstə 2 litr və artıq qan itirdikdən kollaps vəziyyəti yaranır.Dəri soyuyaraq soyuq yapışqan tərlə
örtülür.Nəbz sapvari olmaqla taxikardiya(1 dəqiqədə 150 vurğu) yaranaraq A\T 60-70 mm c.st enir.
Ədəbiyyat:V.İ.Maslov.Kiçik cərrahlıq.Moskva-1988.Səh(51)
917) Kəskin yerli cərrahi infeksiyaların(furunkul,karbunkul,hidradenit ) hansı fazasında novakain antibiotik blokadası tətbiq edilir? A) Nekrotik
B) Qanqrenoz
C) İrinli-seroz
D) İnfiltrasiya
E) Seroz
Qısa müddətli novakain-antibiotik blokadası kəskin yerli cərrahi infeksiyalarda iltihab prosesinin
qarşısını almaq məqsədilə infiltrasiya fazasında tətbiq edilir.
Ədəbiyyat:V.İ.Maslov.Kiçik cərrahlıq.Moskva-1988.Səh(43)
918) Tetanus əleyhinə zərdabın Bezredko üsulu ilə sınağından sonra yaranmış qızartı- papulanın ölçüsü nə qədər olduqda zərdab vurulur? A) 0.6 sm-dən az
B) 0.4 sm
C) 0.5 sm-dən az
D) 0.7 sm az
E) 0.9 sm-dən çox
Bütün təsadüfi yaralanmalar zamanı tetanus əleyhinə zərdab vurulmalıdır.Zərdabın dərialtı
sınağından sonra nəzərə çarpan qızartı və papulanın ölçüsü 0.9 sm-dən çox olarsa zərdabın
vurulmasından imtina olunmalıdır.
Ədəbiyyat:V.İ.Maslov.Kiçik cərrahlıq.Moskva-1988.Səh(64)
919) Beyin qan damarlarının qısa müddətli spazmı nəticəsində yaranan patoloji hal necə adlanır?
A) Nevroz
B) Kollaps
C) Şok
D) Bayılma
E) Amneziya
Bayılma,beyin qan damarlarının müəyyən qıcıqların təsirindın qısa müddətli reflektor spazmı
nəticəsində yaranır.Beyin qan damarlarının tonusu aşağı düşür.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı-1997. Səh.(92)