911) Appendisit kliniki gedişinə görə neçə formada olur? A) 1
B) 2
C) 3
D) 4
E) 5
Kəskin və xroniki formalara ayrılır. Hər iki formada müalicə cərrahi yollardır. Qarın boşluğunun
destruktiv cərrahi xəstəlikləri arasında ən çox rast gəlinənidirr. Ölüm %-0,1-0,3%
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 218
912) Düz bağırsaq sallamasının neçə mərhələsi vardır? A) 3
B) 2
C) 4
D) 6
E) 5
Düz bağırsaq sallamasının 4 mərhələsi vardır:
Birinci mərhələdə defekasiya zamanı bağırsaq xaricə çıxır və özüdə geri qayıdır. İkinci mərhələdə
defekasiyadan sonra xəstə özü əli ilə bağırsağı yerinə salır. Üçüncü mərhələdə xəstə öskürdükcə,
asqırdıqda bağırsaq sallanır.Dördüncü mərhələdə bağırsaq xaricə çıxır, geri qayıtmır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 228
913) Dəriyə qoyulan düyünlü tikişlər arasında olan məsafə neçə sm-dən çox olmamalıdır? A) 0,5
B) 1
C) 2
D) 0,3
E) 3
Dəri düyünlü tikişlə tikilir. Dəri ilə dərialtı toxumalar arıq xəstələrdə bir yerdə, kök xəstələrdə isə
ayrı tikilir. İynə yara kənarından 0,5-1sm məsafədə batılır. Dəriyə qoyulan tikişlər arasındakı
məsafə 2sm-dən artıq olmamalıdır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 294
914) Əzilmələr zamanı ilk yardımda tətbiq edilmir? A) Buz qovuğu qoymaq
B) Əzilmiş nahiyəni mexaniki qıcıqlardan qorumaq
C) Xəstəyə rahatlıq vermək
D) Qanaxmanı dayandırmaq
E) İsitqac qoymaq
Əzilmələr zamanı toxumaların xüsusiyyətlərinə uyğun yerli və ümümi əlamətlər meydana çıxır.İlk
yardımın əsas məqsədi ağrını azaltmaq,qanaxmanı dayandırmaq xəstəyə rahatlıq vermək və.s
ibarətdir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı-1997. Səh.(100)