Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 255
898) Qanda və sidikdə diastazanın miqdarının artması hansı xəstəlik üçün səciyyəvidir?
A) Kolit
B) Kəskin xolesistit
C) Kəskin appendisit
D) Pielonefrit
E) Kəskin pankreatit
Normada diastaza sidikdə 16-64 vahid olur.Kəskin pankreatikdə bu göstərici bir neçə min vahidə
çatır.Vəzidə gedən nekroz zamanı diaztazanın miqdarı azalır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 237
899) Koxer üsulu ilə bazu çıxığının yerinə salınması neçə mərhələdən ibarətdir?
A) 4
B) 3
C) 2
D) 5
E) 6
Koxer üsulu ilə çıxığın yerinə salınması texnikası dörd ardıcıl mərhələdən ibarətdir:
1.Dirsək oynağı düz bucaq altında bükürək aşağı dartılıb dirsək gövdəyə sıxılır.
2.Gövdəyə sıxılmış bazu xarici tərəfə əyilir.
3.Dirsək tədricən orta xəttə və yuxarı dartılır.
4.Xəstənin bazu önü döş qəfəsinin üstünə elə qoyulur ki,zədə almış əl sağlam çiyinin üstünə
toxunsun.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 271
900) Bazu çıxığı yerinə salındıqdan sonra hansı sarğı ilə təsbit olunur?
A) Dezo sarğısı
B) Ləçək sarğısı
C) Sünbül sarğı
D) Dairəvi sarğı
E) Spiral sarğı
Bazu çıxığı yerinə salındıqdan sonra R-qrafiya edilib Dezo sarğısı qoyulur.Çıxıq yerinə salındıqdan
5 gün sonra oynaqda hərəkət və masaj başlanmalıdır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 272
Dostları ilə paylaş: