Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Hepatitli xəstələrlə kontakta olan tibbi alətlərin dezinfeksiyasında neçə faizli xloramin



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə225/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   221   222   223   224   225   226   227   228   ...   252
888) Hepatitli xəstələrlə kontakta olan tibbi alətlərin dezinfeksiyasında neçə faizli xloramin 
məhlulu işlədilir?
A) 5% 
B) 1% 
C) 3% 
D) 0,2% 
E) 10% 
Hepatit xəstəliyi ilə xəstə insanlardan qan götürdükdə,digər manipulyasiyaları yerinə yetirdikdə 
istifadə olunmuş bütün əşyalar 60 dəqiqə müddətində 3%-li xloramin məhlulunda saxlanmalıdır. 
Ədəbiyyat:S.A.Aqkatseva.Tibb bacısının praktik vərdişləri.1997.səh(178) 


889) Xəstəxananın qəbul şöbəsinə orta ağır vəziyyətdə xəstə gətirilib. Növbətçi həkim yoxdur, 
feldşer nə etməlidir?
A) Xəstəni reanimasiya şöbəsinə aparmalı 
B) Təcili növbətçi həkimi çağırmalı 
C) Həkiməqədər təxirəsalınmaz yardıma başlamalı 
D) Konsilium çağırmalı 
E) Xəstənin qəbulu üçün sənədləri doldurmalı 
Qəbul şöbəsinə gətirilmış bütün xəstələrə lazımi tibbi yardım növbətçi həkim tərəfindən 
göstərilir.Lakin həkim olmadıqda növbədə olan feldşer,tibb bacısı həkimi gözləmədən ilk tibbi 
yardım göstərməlidir. 
Ədəbiyyat:S.A.Aqkatseva.Tibb bacısının praktik vərdişləri.1997.səh(19) 
890) Təmizləyici imalənin qoyulmasına əks göstəriş hansıdır?
A) Bağırsaq qanaxmaları 
B) Qəbizlik 
C) Planlaşdırılmış əməliyyatdan əvvəl 
D) Doğuşdan əvvəl 
E) Meteorizm 
Təmizləyici imaləni qoymazdan əvvəl anus ətrafı gözdən keçirilməlidir.Xəstədə babasil 
düyünləri,anamnezində qanaxma halları aşkarlanarsa bu əks göstəriş hesab edilir. 
Ədəbiyyat:S.A.Aqkatseva.Tibb bacısının praktik vərdişləri.1997.səh(237) 
891) Sutkalıq diurez 40ml olarsa bu nəyi göstərir?
A) Oliquriya 
B) Anuriya 
C) Nikturiya 
D) Dizuriya 
E) Poliuriya 
Sidik ifrazınım sutkalıq norması 1.5-2 litrə bərabərdir.Bu göstərici bir sıra amillərin təsirindən 
dəyişə bilər.Sidik ifrazının azalması oliqurasiya adlanır. 
Ədəbiyyat:S.A.Aqkatseva.Tibb bacısının praktik vərdişləri.1997.səh(250) 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin