əllərin və ətrafların əsməsi-tremor,dombagözlük (ekzoftalm) və ürək vurğularının sayının artması-
taxikardiya.
Ədəbiyyat: H.Sultanov.Cərrahiyyə Bakı-1997.Səh(149)
877) Litotriptor nə məqsədlə işlədilir?
A) Piy toxumasını çıxarmaq üçün
B) Böyrək daşlarını parçalamaq üçün
C) Anastamoz qoymaq üçün
D) Traxeostomiya üçün
E) Laparosentez üçün
Manipulyasiya sistoskopiya otağında aparılır.Sidik kisəsində olan daşların parçalanması
elektrohidravlik effektə əsaslanır.”Urat-1” aparatlarından istifadə edilir.Sistoskopdan aparata
birləşdirilmiş elektrod salınaraq,elektrodla göndərilən cərəyan daşı parçalayır.Xırda daşlar özü xaric
olur.
Ədəbiyyat:S.B.İmanverdiyev.Uroloji şöbədə tibb bacısının işi,Bakı-2004.Səh(48)
878) Ağciyər,ürək reanimasiyası zamanı qapalı masaj və nəfəs iki adamla yerinə yetirildikdə
nisbət necə olmalıdır?
A) 15:1
B) 3:2
C) 10:3
D) 8:2
E) 5:1
Ağ ciyər –ürək reanimasiyası bir və ya iki şəxs tərəfindən aparıla bilər.Reanimasiya iki şəxslə
aparıldıqda ürəyin masajı və nəfəs vermə nisbəti 5:1 olmalıdır.
Ədəbiyyat:S.A.Aqkatseva.Tibb bacısının praktik vərdişləri.1997.səh(271)
879) Zimnitski sınağında ilk sidik nümunəsi saat neçədən yığılmağa başlanır?
A) 5:00
B) 6:00
C) 9:00
D) 12:00
E) 4:00
Xəstəyə 8 qab verilərək hər bir qabın üzərində vaxtı göstərilir.Fasilə 3 saat müəyyənləşdirilir.İlk
sidik nümunəsi (6:00-da) atılaraq,saat 9:00-dan qaba yığılır.Növbəti gün saat 6:00-ın sidik
nümunəsi isə qaba yığılır.
Ədəbiyyat:S.A.Aqkatseva.Tibb bacısının praktik vərdişləri.1997.səh(255)
Dostları ilə paylaş: