232) Dərman maddələri əzələdaxili hansı nahiyyəyə yeridilir? A) Sağrı əzələsi (Deltayabənzər əzələ)
B) Kürəkaltı nahiyyə
C) Saidin içəri səthi
D) Saidin bayır səthi
E) Qarnın ön divarı
Əzələ daxilinə yeridilən dərmanlar əzələlərdə qan dövranının güclü olması hesabına daha tez
sorulur. Bu məqsədlə inyeksiya yaxşı inkişaf etmiş əzələyə, əsasən də deltayabənzər əzələyə edilir.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 152. “ Təhsil” Bakı 1998
233) Əzələdaxili inyeksiya zamanı baş verə biləcək ağırlaşma hansıdır? A) Hava emboliyası
B) İnfiltrat
C) Yağ emboliyası
D) Qanaxma
E) Tromboflebit
Əzələdaxili inyeksiyalar zamanı rast gəlinən əsas ağırlaşma infiltratdır. Bu ağırlaşma əsasən əzələyə
dərmanı qısa iynə ilə vurduqda dərmanın əzləyə çatmaması, dərialtına yeriməsi və burada da çətin
sorulması nəticəsində əmələ gəlir.İnfiltrat zamanı inyeksiya nahiyəsində ağrılı ,bərk törəmə əllənir.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 160. “ Təhsil” Bakı 1998
234) Əzələdaxili inyeksiya zamanı iynənin uzunluğu nə qədər olmalıdır (mm-lə)? A) 40
B) 80
C) 20
D) 30
E) 10
Əzələdaxili inyeksiya zamanı iynə yaxşı inkişaf etmiş dərialtı piy qatından keçərək əzələyə
çatmalıdır, ona görə bu zaman uzunluğu 80 mm olan iynə götürülməlidir, əks halda inyeksiya
ağırlaşması olan infiltrat ,abses əmələ gələr.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 49. “Çıraq” 2008
235) Venadaxilinə damcı üsulu ilə dərman yeridilərkən xəstənin vəziyyəti necə olmalıdır? A) Qarnı üstə uzanmış
B) Sağ və ya sol tərəfi üstə uzanmış
C) Ayaq üstə
D) Oturmuş
E) Arxası üstə uzanmış
Venadaxilinə damcı üsulu ilə maye yeritmək digər inyeksiyalara nisbətən uzun sürür , ona görə bu
inyeksiya zamanı xəstə uzandırılır, ona rahat vəziyyət verilir.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 156. “ Təhsil “ Bakı 1998