245) Dərman maddələrinin venadaxili yeridilməsinin əsas üstünlüyü nədən ibarətdir? A) Qaraciyərin baryer rolunun kənarda qalması
B) Xəstədə narahatlıq yaratmaması
C) Müxtəlif preparatların yeridilməsinin mümkün olmaması
D) Asan olması
E) Təxirəsalınmaz tibbi yardım zamanı effektivliyin yüksək olması
Dərmanların vena daxilinə yeridilməsi təcili hallarda tez istənilən nəticəni almağa imkan verir.
Lakin buna baxmayaraq, bir sıra ağırlaşmaların baş verə biləcəyinə görə bu manipulyasiya
təcrübəli orta tibb işçisi tərəfindən aparılmalıdır.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 154. “ Təhsil” Bakı 1998
246) Venadaxili inyeksiya zamanı iynə damara hansı dərinlikdə yeridilir? A) İynənin 2/3 (üçdə ikisi) yeridilir
B) İynənin bütün uzunluğu yeridilir
C) Damarın necə yerləşməsindən asılıdır
D) Yalnız iynənin en kəsiyi yeridilir
E) İynənin 1/3 (üçdə biri) yeridilir
Vena daxilinə inyeksiya zamanı dərmanlar əsasən dirsək büküşü nahiyəsindən dirsək venasına
yeridilir. Həmçinin dərmanı said və əlin venalarından, uşaqlarda isə gicgah venasından da yeritmək
olar. Bu zaman iynənin hansı dərinlikdə yeridilməsi damarların yerləşməsindən asılıdır.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 154. “ Təhsil” Bakı 1998
247) Vena daxili yeridilən 10%-li kalsium-xlorid səhvən dəri altına düşərsə tibb bacısı həmin nahiyəyə nə yeritməlidir? A) 2%-li novokain
B) 10%-li natrium-xlorid
C) 3%-li hidrogen-peroksid
D) 5%-li qlükoza
E) Fizioloji məhlul
Vena daxilinə yeridiən 10 %-li kalsium- xlorid məhlulu səhvən dəri altına düşərsə bu zaman tibb
bacısı həmin hahiyəyə fizioloji məhlul yeridərək, soyuq qoymalıdır.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 161. “ Təhsil” Bakı 1998
248) Təmizləyici imalənin aparılması üçün nədən istifadə olunur? A) Ucunda qıf olan zonddan
B) Qazçıxarıcı borudan
C) Armudabənzər balondan
D) Esmarx parçından
E) Jane şprisindən
Təmizləyici imalə zamanı istifadə olunan ləvazimatlar bunlardır : tutumu 1-2 litr olan Esmarx
parçı, şüşə,plastmas və ya ebonit ucluq, vazelin, müşəmbə və nəcis qabı.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 203. “ Təhsil” Bakı 1998