Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Dəriiçi inyeksiyanı aparmaq üçün hansı uzunluqda iynədən istifadə olunur (mm-lə)?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə74/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   70   71   72   73   74   75   76   77   ...   252
280) Dəriiçi inyeksiyanı aparmaq üçün hansı uzunluqda iynədən istifadə olunur (mm-lə)?
A) 30 
B) 20 
C) 15 
D) 10 
E) 25 
Dəriiçi inyeksiya aparmaq üçün diametri 0,4 mm, uzunluğu isə 15 mm olan 1 ml-lik şpris götürülür, 
iynənin kəsiyi 40-45 dərəcə olur. İnyeksiya zamanı yalnız iynənin ucu- kəsik hissəsi dəriiçinə 
yeridilir. 
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 150. “ Təhsil “ Bakı 1998 
281) Dərialtına nə qədər yağlı məhlul yeritmək olar (ml-lə)?
A) 3 
B) 5 
C) 2 
D) 6 
E) 4 
Yağlı məhlullar adətən dəri altına yeridilir. Məs. kamfora, retabolil, E vitamini və s., lakin dərialtına 
yeridilən yağlı məhlulun miqdarı 2 ml – dən çox olmamalıdır.Əks halda məhlulun sorulması 
cətinləşir. 
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 151. “ Təhsil “ Bakı 1998 
282) Dərman maddələrinin yeridilməsi zamanı baş verən allergik reaksiyanın ən ağır forması 
hansıdır?
A) Kvinke ödemi 
B) Qızartı 
C) Məxmərək 
D) Ekzema 


E) Anafilaktik şok 
Dərman maddələrinin yeridilməsi zamanı baş verən allergik reaksiyanın ən ağır forması anafilaktik 
şokdur. Anafilaktik şokun əlamətləri: dəri qızarır, qaşınır, öskürək tutmaları, təngnəfəslik,qusma, 
arterial təzyiqin enməsi, taxikardiya, aritmiya, huşun itməsi. 
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998 
283) Parenteral yeritmək üçün dərman maddələrinin hansı formasından istifadə olunur?
A) Poroşoklardan 
B) Drajelərdən 
C) Steril məhlullardan 
D) Həblərdən 
E) Kapsulalardan 
Parenteral ,yəni həzm traktından kənar yolla dərmanlar orqanizmə inyeksiya vasitəsilə ,steril məhlul 
şəklində yeridilir.Əks halda orqanizmin infeksiyaya yoluxma təhlükəsi yarana bilər. 
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 137. “ Təhsil” Bakı 1998 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin