Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Xronik qastritin kəskinləşməsi zamanı rasiondan hansı qidalar çıxarılır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə72/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   68   69   70   71   72   73   74   75   ...   252
272) Xronik qastritin kəskinləşməsi zamanı rasiondan hansı qidalar çıxarılır?
A) Yağlı, qızardılmış 
B) Meyvələr 
C) Südlü məhsullar 
D) Sıyıqlar 
E) Tərəvəzlər 
Xroniki qastritin kəskinləşməsi zamanı mədənin selikli qişasını qıcıqlandıran və mədə şırəsini 
artıran qidalar məhdudlaşdırılır, xörəklər suda və ya buxarda hazırlanır. Yağlı , qızardılmış, çox isti 
və çox soyuq qidalar verilmir. 
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 78. “ Təhsil” Bakı 1998 
273) Hansı bağırsağın qanaxması zamanı nəcisin rəngi qara olur?
A) Siqmayabənzər 
B) Köndələn çənbər 
C) Enən çənbər 
D) Onikibarmaq bağırsağın 
E) Düz 
Oniki barmaq bağırsağın xorası zamanı qanaxma nəticəsində nəcisin rəngi qara olur . Qan 
bağırsağın aşağı şöbələrinə gələnədək fermentlərinin təsirindən parçalanır və tündləşir.Bağırsağın 
yuxarıda sadalanan digər şöbələrindən qanaxma olduqda isə qan öz rəngini dəyişmir
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 148. “Çıraq “ 2008 


274) Nəcisdə gizli qanın müayinəsinə xəstəni hazırlayarkən hansı preparatların qəbulu 
dayandırılmalıdır?
A) Natrium 
B) Kalium 
C) Dəmir 
D) Kalsium 
E) Maqnezium 
Nəcisdə gizli qanın müayinəsinə xəstəni hazırlayarkən nəcisin rəngini dəyişən preparatların qəbulu 
dayandırılır. Məs. dəmir preparatları , barium və s. ,əks halda bu analizin göstəricisini dəyişə bilər. 
Ədəbiyyat : В.М.Боголюбов. Внутренние болезни. Стр.195 .Москва. «Медицина « 1983. 
275) Sutkalıq diurezin 350 ml-ə qədər azalması necə adlanır?
A) Anuriya 
B) Nollakiuriya 
C) Oliquriya 
D) Nikturiya 
E) Poliuriya 
Sidiyin kəmiyyət pozğunluqları 4 yerə bölünür : poliuriya, oliquriya, opsouriya, anuriya. Poliuriya 
sutkalıq sidiyin miqdarının 2000 ml-dən çox olmasına deyilir.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 223. “ Təhsil “ Bakı 1998 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin