310) Epiqastral nahiyədə gecə, acqarına və gecikmiş ağrılar hansı xəstəliyə xasdır? A) Kəskin pankreatit
B) Kəskin qastrit
C) Mədə xərçəngi
D) Mədə xorası
E) 12 barmaq bağırsaq xorası
12 barmaq bağırsağın xorası epiqastral nahiyədə gecə , gecikmiş və acqarına ağrıların yarnmasına
səbəb olur. Mədə boş olduqda turş mühitli mədə şirəsi 12 barmaq bağırsağa keçir ( 12 barmaq
bağırsaqda mühit qələvidir) və orada olan xoranı qıcıqlandırır ,bu da bərk ağrıya səbəb olur . Ağrı
olduqda xəstə qida qəbul edərsə ağrı dərhal kəsilir.
Ədəbiyyat:Daxili xəstəliklər.F.İ.Komarov ;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə.Səh. 321.
Bakı.“Təbib “1998
311) 12 barmaq bağırsağın xorası zamanı hansı preparatın qəbulu xəstənin ağrılarını azaltmır? A) Biseptol
B) Natrium hidrokarbonat
C) Almagel
D) Fosfolügel
E) Maaloks
Biseptoldan başqa digər preparatların hamısı antasidlərdir.12 barmaq bağırsaq xorası zamanı
bunların qəbulu xəstənin vəziyyətini yüngülləşdirir, çünki bunlar qələvi əsaslı maddələrdir və mədə
şirəsinin HCl turçusu ilə reaksiyaya girərək həll olan duzlar əmələ gətirirlər və xoranın
qıcıqlanmasının qarşısını alırlar.Biseptol sulfanilamid preparatlarına aid olduğu üçün onun qəbulu
məqsədəuyğun deyil.
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 328.
Bakı. “Təbib“ 1998
312) Xroniki qastrit zamanı xəstəyə hansı qida qadağan edilir? A) Kartof püresi
B) Suda bişmiş toyuq
C) Düyü sıyığı
D) Qızardılmış ət
E) Manna sıyığı
Xroniki qastrit zamanı müalicə qidalanması mühüm yer tutur. Yağlı , qızardılmış qidalar mədənin
selikli qişasını qıcıqlandırdığına görə məsləhət görülmür.
Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov ; V.Q.Kukes ;A.S.Smetnyovun redaktəsi ilə. Səh.310.
Bakı. “Təbib“ 1998