Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Epiqastral nahiyədə gecə, acqarına və gecikmiş ağrılar hansı xəstəliyə xasdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə82/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   78   79   80   81   82   83   84   85   ...   252
310) Epiqastral nahiyədə gecə, acqarına və gecikmiş ağrılar hansı xəstəliyə xasdır?
A) Kəskin pankreatit 
B) Kəskin qastrit 
C) Mədə xərçəngi 
D) Mədə xorası 
E) 12 barmaq bağırsaq xorası 
12 barmaq bağırsağın xorası epiqastral nahiyədə gecə , gecikmiş və acqarına ağrıların yarnmasına 
səbəb olur. Mədə boş olduqda turş mühitli mədə şirəsi 12 barmaq bağırsağa keçir ( 12 barmaq 
bağırsaqda mühit qələvidir) və orada olan xoranı qıcıqlandırır ,bu da bərk ağrıya səbəb olur . Ağrı 
olduqda xəstə qida qəbul edərsə ağrı dərhal kəsilir. 
Ədəbiyyat:Daxili xəstəliklər.F.İ.Komarov ;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə.Səh. 321. 
Bakı.“Təbib “1998 
311) 12 barmaq bağırsağın xorası zamanı hansı preparatın qəbulu xəstənin ağrılarını 
azaltmır?
A) Biseptol 
B) Natrium hidrokarbonat 
C) Almagel 
D) Fosfolügel 
E) Maaloks 
Biseptoldan başqa digər preparatların hamısı antasidlərdir.12 barmaq bağırsaq xorası zamanı 
bunların qəbulu xəstənin vəziyyətini yüngülləşdirir, çünki bunlar qələvi əsaslı maddələrdir və mədə 
şirəsinin HCl turçusu ilə reaksiyaya girərək həll olan duzlar əmələ gətirirlər və xoranın 
qıcıqlanmasının qarşısını alırlar.Biseptol sulfanilamid preparatlarına aid olduğu üçün onun qəbulu 
məqsədəuyğun deyil. 
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 328. 
Bakı. “Təbib“ 1998 
312) Xroniki qastrit zamanı xəstəyə hansı qida qadağan edilir?
A) Kartof püresi 
B) Suda bişmiş toyuq 
C) Düyü sıyığı 
D) Qızardılmış ət 
E) Manna sıyığı 
Xroniki qastrit zamanı müalicə qidalanması mühüm yer tutur. Yağlı , qızardılmış qidalar mədənin 
selikli qişasını qıcıqlandırdığına görə məsləhət görülmür. 
Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov ; V.Q.Kukes ;A.S.Smetnyovun redaktəsi ilə. Səh.310. 
Bakı. “Təbib“ 1998 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin