B) Al qırmızı qanlı
C)
Pis qoxulu
D) “Qəhvə xıltı” şəklində
E) Öd qarışıqlı
Mədə şirəsinin tərkibində olan HCl turşusunun təsirindən hemoqlobin parçalandığına görə qanın
rəngi tündləşir “ qəhvə xıltını “ xatırladır.
Ədəbiyyat :Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ;A.S.Smetnyovun redaktəsi ilə. Səh.325.
Bakı.“Təbib “1998
314) Mədə xərçəngi zamanı xəstədə hansı qidaya qarşı ikrah hissi olur?
A) Süd
B) Ət
C) Tərəvəz
D) Yumurta
E) Meyvə
Mədə xərçəngi zamanı xəstəliyin başlanğıc dövrü üçün xas olan erkən əlamətlərdən
biri xəstədə ətli
qidalara qarşı ikrah hissinin olmasıdır, çünki ətli qidaları nəinki yedikdə ,hətta gördükdə belə
xəstədə güclü öyümə, bəzən qusma olur.
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 337.
Bakı. “Təbib “1998
315) 20 yaşlı xəstə qarnında yeməkdən 4-5 saat sonra ,acqarnına, bəzən gecə başlanan
ağrılarla feldşerə müraciət edib. Dediyinə görə qida qəbulundan sonra ağrıları azalır,
qəbizliyə meyllidir, iştahası pozulmayıb. Anamnezdən məlum olur ki , xəstə içkiyə
aludədir.Baxış zamanı xəstənin rəngi avazımış ,dili ağ ərplə örtülüdür.Palpasiya zamanı 12
barmaq bağırsağın proyeksiyası bərk ağrılıdır.Təxmin edilən diaqnoz aşağıdakılardan hansı
ola bilər?
A) Kəskin pankreatit
B)
Kəskin qastrit
C) Mədə xərçəngi
D) Mədə xorası
E) 12 barmaq bağırsaq xorası ,kəskinləşmə
mərhələsində
Anamnezə əsasən : qarında gec , gecikmiş və gecə ağrılarının olması , qəbizliyə meyllik .Bunlara
səbəb odur ki,mədə boş olduqda turş mühitli mədə şirəsi 12 barmaq bağırsağa keçir ( 12 barmaq
bağırsaqda mühit qələvidir) və orada olan xoranı qıcıqlandırır və bu da bərk ağrıya səbəb olur ,ona
görə ağrı olduqda xəstə qida qəbul edirsə ağrı dərhal kəsilir.Obyektiv müayinəyə əsasən
dilin ərpli
və bağırsaq proyeksiyasının ağrılı olması diaqnozu bir daha təsdiqləyir.
Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 328.
Bakı.“Təbib“1998
Dostları ilə paylaş: