Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Enterit hansı orqanın xəstəliyidir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə84/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   80   81   82   83   84   85   86   87   ...   252
316) Enterit hansı orqanın xəstəliyidir?
A) Soxulcanabənzər çıxıntının 
B) Yoğun bağırsağın 
C) 12 barmaq bağırsağın 
D) Düz bağırsağın 
E) Nazik bağırsağın 
“ Entero” latınca nazik bağırsaq deməkdir , “it” şəkilçisi isə iltihabı bildirir. 


Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 347. 
Bakı. “Təbib“1998 
317) Xroniki enterit zamanı hansı qrup preparatların təyini məsləhət deyil?
A) Disbakteriozu aradan qaldıran probiotiklər 
B) Patogen floranı zəiflədən antibakterial dərmanlar 
C) Antibiotiklər 
D) Vitaminlər 
E) Həzm fermentləri 
Geniş təsir spektrli antibiotiklər xroniki enterit zamanı işlədilmir, çünki bu preparatların 
disbakteriozu gücləndirmək təhlükəsi mövcuddur. 
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ;V.Q.Kukes ;A.S.Smetnyovun redaktəsi ilə. Səh. 353. 
Bakı. “Təbib“1998 
318) 27 yaşlı qadın göbək ətrafında yeməkdən 3-4 saat sonra başlanan küt ağrılar , qarının 
köpməsi , qarında güclü qurultu, gün ərzində 3-4 dəfə çoxlu miqdarda duru nəcis ifrazı, 
halsızlıq ,yorulma, arıqlama , südə qarşı tolerantlığın pozulması şikayətləri ilə feldşerə 
müraciət edib. Anamnezdən məlum olur ki , bu simptomlar xəstəni 2 ildir narahat edir, 
ədavalı ,istiotlu qida qəbulundan sonra halı pisləşir. Feldşer hansı xəstəlikdən 
şübhələnməlidir?
A) Kəskin qastrit 
B) Mədə xorası 
C) Kəskin pankreatit 
D) Mədə xərçəngi 
E) Kəskinləşmə mərhələsində olan xroniki enterit 
Xroniki enterit zamanı ağrılar küt və ya spastik xarakter daşıyıb ,əsasən göbək ətrafında lokalizasiya 
edir. Qarnın palpasiyası zamanı göbəkdən bir qədər sola və yuxarı , nazik bağırsağın müsariqəsi 
boyunca ağrıların olması , xəstənin südə davamsız olması, xəstəliyin kəskin və ədavalı yeməklərdən 
sonra kəskinləşməsi və gün ərzində 3-4 dəfə çoxlu nəcis ifrazı diaqnozu təsdiqləyir. 
Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh.348. 
Bakı. “Təbib “1998 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin