Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə81/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   77   78   79   80   81   82   83   84   ...   252
üçün xarakterikdir?
A) Mədə xorası 
B) Xroniki qastrit 
C) Kəskin pankreatit 
D) 12 barmaq bağırsaq xorası 
E) Ezofagit 
Mədə xorası zamanı qidalanmadan sonra erkən əmələ gələn ağrılara səbəb mədədə gedən həzm 
prosesi zamanı peristaltikanın və mədə şirəsinin artması nəticəsində xoranın qıcıqlanmasıdır , ona 
görə belə xəstələrə mədə sekresiyasını azaldan , mədə və 12 barmaq bağırsağın motor funksiyasını 
ləngidən dərmanlar təyin edilir 
Ədəbiyyat : Daxili xəstəliklər F.İ.Komarov;V.Q.Kukes;A.S.Smetnyovun redaktəsi ilə. Səh. 327. 
Bakı. “Təbib “1998 
308) 36 yaşlı xəstə epiqastral nahiyədə yeməkdən 30 dəqiqə sonra başlayan ağrılarla feldşerə 
müraciət edib. Ağrılar çox intensiv olduqda qusma baş verir, Dediyinə görə qusmadan sonra 
ağrılar nisbətən azalır , bu səbəbdən hətta bəzən xəstə süni qusma yaradır , iştahası saxlanılıb. 
Bir neçə ildir xəstədir , xəstəliyi yaz –payız fəsillərində kəskinləşir.Feldşer hansı xəstəlikdən 
şübhələnməlidir?
A) Kəskin pankreatit 
B) Ezofagit 
C) 12 barmaq bağırsaq xorası 
D) Xroniki qastrit 
E) Kəskinləşmə mərhələsində olan mədə xorası 
Diaqnoz xəstənin şikayətlərinə və anamnezə əsasən qoyulur.Epiqastral nahiyədə yeməkdən 30 
dəqiqə sonra əmələ gələn və qusmadan sonra azalan ağrılar mədə xorası xəstəliyinə xasdır. Ağrılara 
səbəb mədədə gedən həzm prosesi zamanı peristaltikanın və mədə şirəsinin artması nəticəsində
xoranın qıcıqlanmasıdır.Anamnezə görə xəstəlik yaz- payız fəsillərində kəskinləşir ki , bu da mədə 
xorasına xasdır. 
Ədəbiyyat:Daxili xəstəliklər.F.İ.Komarov;V.Q.Kukes;A.S.Smetnyovun redaktəsi ilə. Səh. 321. 
Bakı.“Təbib “1998 
309) Mədə xorası zamanı xəstənin vəziyyətini nə yüngülləşdirir?
1. Qusma ;
2. Gəyirmə;
3. Ağrı zamanı qida qəbulu
4. Qələviləşdirən maddələrin qəbulu
A) 2; 4 
B) 1; 4 
C) 3,4 
D) 1;2 
E) 2;3 
Mədə xorası zamanı qələviləşdirən maddələr ( məs. natrium hidrokarbonat, almagel, fosfolügel və 
s.) mədə şirəsinin HCl turşusu ilə reaksiyaya girir və həll olan duzlar əmələ gətirir , ona görə də belə 


maddələrin qəbulu xəstəni vəziyyətini yüngülləşdirir. Qusma nəticəsində isə xoranın qida maddələri 
ilə qıcıqlanması azalır və bu da ağrının zəifləməsinə səbəb olur. 
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov;V.Q.Kukes;A.S.Smetnyovun redaktəsi ilə. Səh.321. 
Bakı.“Təbib “1998 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin