Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə77/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   73   74   75   76   77   78   79   80   ...   252
292) İsitqaca göstəriş hansıdır?
A) Travma 
B) Qanaxma 
C) Soyuqlama 
D) Kəskin appendisit 
E) İnsult 
İsitqacların istifadəsi quru istinin təsirindən əzələlərin yumşalması ,yerli qan dövranının həcminin 
artması, sorucu və ağrı kəsici effektə əsaslanır. Bu baxımdan soyuqlama zamanı isitqac göstəriş 
sayılır. 
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 121. “ Təhsil” Bakı 1998 
293) Isidici kompres hansı halda əks-göstərişdir:
A) Əzilmənin ilk saatlarında 
B) Otit 
C) Böyrək sancısında 
D) İnfiltrat 
E) Tonzillit 
İsidici kompresin təsiri nəticəsində isə onun qoyulduğu nahiyədəki səthi və dərin qan damarları 
uzun müddət genişlənməyə məruz qalaraq, həmin nahiyəyə qan axınını artırır. Belə kompreslər 
mastit, plevrit, artrit , əzilmədən 3 gün sonra tətbiq edilir. 
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 118. “ Təhsil” Bakı 1998 
294) Hansı preparatların tənəffüs sistemi xəstəliklərində istifadəsi məqsədəuyğun deyil?
A) Antibiotiklər 
B) Vitaminlər 
C) İltihabəleyhinə preparatlar 
D) Bəlğəmgətiricilər 
E) Mədə fermentləri 
Tənəffüs sistemi orqanlarının xəstəlikləri zamanı mədə fermentlərinin təyin olunması məntiqə 
uyğun deyil. 
Ədəbiyyat:В.М.Боголюбов, ,Внутренние болезни,.Москва ,Медицина,,1983.Стр.225-230 
295) Mədə yuyulması üçün istifadə olunan qıfın tutumu nə qədər olmalıdır (ml-lə)?


A) 1000 
B) 500 
C) 100 
D) 50 
E) 200 
Mədənin tutumu ( yetkin şəxslərdə ) 1 l olduğundan mədə yuyulması üçün istifadə olunan qıf da 
eyni həcmdə götürülür. 
Ədəbiyyat: С.А.Мухина. «Общий уход за болъными». Москва «Медицина» 1989. Стр 204 
296) Qanburaxma zamanı turna nə zaman açılır?
A) İynə venadan çıxarıldıqdan sonra 
B) İstənilən vaxt 
C) Lazımi miqdarda qan götürüb iynə çıxarıldıqdan sonra 
D) Lazımi miqdarda qan götürüldükdən sonra, lakin iynə venadan çıxarılmazdan əvvəl 
E) İynə venaya yeridildikdən sonra 
Qanburaxma zamanı venepunksiyadan istifadə edirlər. Bu əməliyyat zamanı turna qan alınıb 
qurtardıqdan sonra açılır.İynə sonra çıxarılaraq dərhal yerinə tampon qoyulur və sıxılır. 
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 156 “ Təhsil” Bakı 1998 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin