Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) İnsulin yeridildikdən sonra tibb bacısı xəstəyə hansı qulluğu göstərir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə75/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   71   72   73   74   75   76   77   78   ...   252
284) İnsulin yeridildikdən sonra tibb bacısı xəstəyə hansı qulluğu göstərir?
A) İnyeksiya yerinə isitqac qoyur 
B) Arterial təzyiqi ölçür 
C) 30 dəqiqədən sonra yedizdirir 
D) Uzandırır 
E) Tənəffüsü və nəbzi sayır 
İnsulin yeridildikdən 30 dəqiqə sonra tibb bacısı xəstəni yedizdirməlidir , əks halda xəstə 
hipoqlikemik komaya düşə bilər. 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 158. “Çıraq” 2008 
285) İnsulin artıq dozada yeridildikdə hansı ağırlaşma baş verə bilər?
A) Kvinke ödemi 
B) Ortostatik kollaps 
C) Ketoasidotik koma 
D) Hipoqlikemik koma 
E) Arterial təzyiqin artması 
İnsulin artıq dozada yeridildikdə xəstədə hipoqlikemik koma baş verir, qanda şəkərin səviyyəsi 
düşür. Bu zaman xəstədə kəskin aclıq hissi , baş ağrısı, əsəbilik olur.Belə xəstəyə dərhal içməyə 
şirin çay verilir, vena daxilinə 20- 40 ml 40 %-lı qlükoza məhlulu vurulur. 
Ədəbiyyat : В.М.Боголюбов. Внутренние болезни. Стр.437. Москва. «Медицина « 1983. 
286) Quru plevrit zamanı xəstə hansı məcburi vəziyyəti alır?
A) Xəstə sağlam tərəfə uzanır 
B) Xəstə arxası üstə uzanır 
C) Xəstə ağrıyan tərəfi üstə uzanır 
D) Xəstə yarımoturaq vəziyyətdə uzanır 
E) Xəstə əllərini çarpayının kənarına dirəyərək önə əyilir 
Iltihaba uğramış tərəfdə plevra vərəqində fibrinoz yığıntılar olur. Bu zaman vərəqlər bir-birinə 
sürtünür (nəfəs alma, öskürək zamanı). Ona görə də,xəstə ağrıyan tərəfi üstə uzanaraq həmin 
tərəfdə döş qəfəsinin hərəkətini məhdudlaşdırmağa çalışır. 


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 248 
287) Hansı preparatlar kəskin pielonefrit xəstəliyi zamanı istifadə olunmur?
A) Sulfanilamid qrupu 
B) Antibiotiklər 
C) Ürək qlikozidləri 
D) Analgetiklər və spazmolitiklər 
E) Nitrofuran sırası 
Kəskin pielonefrit-törədicisi bakterial mikrofloraya məxsus olan iltihabı prosesdir. Bu cür xəstəliyin 
müalicəsində ümumi qəbul olunmuş qayda üzrə ilk növbədə antibiotiklər, sulfanilamidlər, 
nitrofuran sırasına məxsus preparatlardan istifadə olunur. Ağrı zamanı spazmolitiklərdən istifadə 
olunur. Ürək qlikozidlərinin bu kimi iltihabi proseslərdə istifadəsi məntiqə uyğun deyil. 
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 406. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin